
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Bəzi özünü Güney Azərbaycan milli hərəkatına mənsub bilən şəxs və qrupların siyasi bəyanatlarında İran adlanan ölkədə “millətlər” sözünü yazmaq yerinə məqsədli şəkildə “kütlələr” sözünü işlətmələri, əslində İran adlanan siyasi coğrafiyada yaşayan qeyri-fars millətlərin milli kimliyini inkar etməklə yanaşı onların öz müqəddəratını təyinetmə hüququnun olmasını görməzdən gəlirlər. Bu isə bu tiplərin farsçılığa əsaslanan ideoloji və siyasi yanaşmalarının çirkin mahiyyətini ortaya qoyur.
İran-fars mərkəzli siyasi oyun quran dairələr, beynəlxalq hüquqda heç bir statusa malik olmayan və hüquqi məna daşımayan “kütlə” sözlüklərdən bilərəkdən istifadə etməklə, Azərbaycan türkü, bəluç, ərəb və digər qeyri-fars millətlərini şəxsiyyətsizləşdirib onların milli varlığını “adsız kütlələr” anlayışı içində əritmək və beləliklə onların siyasi iradəsini yox saymaq istəyirlər.
“Kutlə” sözünün “millət” anlayışı ilə əvəzlənməsi, çoxmillətli İran adlanan ölkənin gerçəkliyini inkar etməyə və onun yerinə fars-mərkəzli, süni və uydurma bir “vahid İran milləti” yaratmağa yönəlmiş yüz illik siyasi-ideoloji layihənin tərkib hissəsidir.
Bu isə nə tarixi baxımdan, nə dil və nə də mədəni reallıq baxımından mövcud olmayan, yalnız zorakılıq, assimilyasiya və milli müxtəlifliyin sistemli inkarı nəticəsində ayaqda tutulan saxta bir kimlikdir.
Sözsüz ki, Güney Azərbaycan Milli hərəkatına mənsub gerçək milli-siyasi qurum və təşkilatlar belə ideoloji tələlərə qarşı ayıq olmalı, siyasi dil və anlayış seçimində dəqiq və prinsipial mövqe sərgiləməlidirlər. Hər kəs bilməlidir ki, İran adlanan ölkədə Millətlər var və onlara “Kütlə” deyərək bu gerçəkliyi gizlətmək olmaz.