vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
Xameneyi ölmədən məzara qoyulur 17:19 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xameneyi ölmədən məzara qoyulur

Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Əli Şəmxaninin qızının toy videosunun yayılması, onun hicab qaydalarının qorunmadığı dəbdəbəli toy mərasimi keçirməsi İran hakimiyyətinin yuxarı qatlarında qarşıdurmaların yeni mərhələyə keçməsindən xəbər verir.

Vaxt.AZ Günaz.TV-yə istinadən xəbər verir ki, videoların yayılmasından sonra Şəmxani verdiyi bəyanatda həm də yumşaq tonla rəqibləri təhdid edib və sistemin çökəcəyi təqdirdə hamısının məhv olacağına diqqət çəkib: “Biz hamımz bir gəmidəyik və Allah eləməsin düşmənlər bu gəmiyə xəsarət yetirsələr hamımız problem yaşayacayıq”.

Düşmənlərin hakimiyyət daxilində ixtilaf yaratmaq üçün bəhanə axtardığını deyən Şəmxani, hamını Əli Xameneyinin ətrafında birləşməyə çağırıb: “Məsləhət görürəm ki, hamı rəhbərin ətrafında birləşsin, çünki düşmən hər birimizi ələ keçirmək və ölkənin təməlini sarsıtmaq istəyir”.

Əli Xameneyinin Ali Müdafiə Şurasındakı nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və İran Məsləhət Şurasının üzvü Əli Şəmxaninin bu bəyanatı hakimiyyətdaxili çatın üzdə görünəndən daha dərin olmasından xəbər verir.

Onun qızının toy mərasiminin ötən ilin aprelində Tehranın “Spinas Palace” otelində keçirilməsinə baxmayaraq, videonun indi yayılması, İsrailin hücumundan sonra Əli Xameneyinin nüfuzunun kəskin azalması ilə əlaqəlidir.

Görünür ki, bu günə kimi İran rəhbərindən çəkinən rəqib siyasətçi və komandalar onun imicinin zədələnməsindən sonra özlərini daha arxayın aparmağa başlayıblar.

Bundan əvvəl hakimiyyət daxilindəki qarşıdurma və rəqabətləri açıq şəkildə büruzə verməyə çəkinən qüvvələr indi bunu açıq şəkildə edir, Əli Xameneyidən sonrakı dövrdə hakimiyyəti ələ almaq üçün alternativ komandaları sıradan çıxarmağa çalışırlar.