vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 9 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
Urmiya gölünü nə üçün “öldürdülər”? 07:21 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölünü nə üçün “öldürdülər”?

Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mənfur fars-molla rejiminin tək Güney Azərbaycan türklərinə deyil, bütün dünya azərbaycanlılarına edə biləcəyi ən böyük pisliklərdən biri baş verdi: Urmiya (və ya Urmu) gölü tamamilə qurudu...

Bunu həm NASA-nın yayımladığı görüntülər təsdiqləyir, həm də molla rejimi də bəyan edib.

Gölün yatağındakı sonuncu su qətrələri də bu günlərdə tamamilə buxarlanıb, yox olub. Şəkillərdə suyun yerində yalnız ağ-sarımtıl ləkələr görünür. Bu, duzlaşmanın görüntüləridir.

Gölün qurumasının ilkin səbəbləri qismində havaların quraqlığı, su qıtlığı, gölə axan çayların suyunun kəsilməsi və sair bu kimi çeşidli amillər göstərilir.

Lakin bütün bunlar hamısı yan amillər, törəmə səbəblərdir. Əsas səbəblərin başında isə məhz fars-molla rejiminin bu gölə qarşı düşmən münasibət bəsləməsi amili dayanır.

Bəli, bəli, bu, ilk baxışdan hər nə qədər təəccüblü görünsə də, molla rejimi Urmu gölü ilə rəsmən düşmənçilik aparırdı, gölə qənim kəsilmişdi.

Çünki Urmiya gölü təkcə urmiyalı soydaşlarımızın deyil, bütün Güney Azərbaycan türklüyünün varlıq simgələrindən, rəmzlərindən birinə çevrilmişdi. Urmiya gölü güneylilərin and yeri idi, qürur mənbəyi idi. Bu göl güneylilərin mədəni kimliyinin və yaddaşın simvolu kimi tanınırdı.

Mollalar bu gölün qurudulmasına nail olmaqla Güney Azərbaycan türklərini assimilə etmək üzrə əsas projelərindən birini gerçəkləşdirmiş oldular.

Bu gölün qurumaması üçün Tehran hökuməti tərəfindən indiyə qədər ümumilikdə 6 milyard dollar məbləğində vəsait ayrılıb. Həmçinin, Yaponiya hökuməti də bir neçə dəfə qrant ayırıb. Lakin mollalar həmin pulları ya basıb yeyiblər, yada ki, səmərəsiz xərcləyiblər. Ona görə də Urmu gölünün başına gə(tiri)lən ekoloji fəlakətə görə məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür.

İran hökuməti istəsəydi, gölün qurumasının qarşısını bu və ya digər üsullarla ala bilərdi. Çünki onların bu sahədə artıq müəyyən təcrübəsi var, bundan əvvəl ölkənin farslar yaşayan ərazilərindəki bəzi göllərin qurumasının qarşısını alıblar. Deməli, Urmiyanı da xilas edə bilərdilər. Lakin etmədilər. Çünki Urmu fars gölü deyil.

İndi bəziləri deyir ki, Urmiya gölünün quruması Tanrının mollalara lənətidir.

Düzmü deyirlər?

Yox!

Bu, kökündən səhv fikirdir. Çünki Urmiya gölünü Tanrı qurutmayıb, mollalar özləri qurutdu.

Bəs, gölün qurudulmasından sonra nə baş verəcək?

İlk növbədə böyük miqyasda məcburi əhali köçü baş verəcək. Çünki tamamən duzlaşmış gölün yatağından tez-tez qalxan duz fırtınaları həm ətraf mühiti məhv edir, əkinləri qurudur, maldarlığı mümkünsüz hala gətirir, həm də müxtəlif xəstəliklərə səbəb olaraq insanların yaşamını dözülməz edir. Ərazidəki ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb. İnsanların ərazini tərk etməkdən başqa çarəsi qalmır. Urmiyalı azərbaycanlıların bir çoxu, istər-istəməz, başqa yerlərə köçməli olacaqlar.

Bu isə molla rejiminə sərf edir. Molla rejimi bu yolla həm Urmiyanın türksüzləşdirilməsinə nail olmağı hədəfləyir, həm də Urmiya gölünün yatağındakı bir çox qiymətli faydalı qazıntıların Çin ilə birgə istismar edilməsini həyata keçirir.

Urmiya gölünün qurumasının (qurudulmasının) qonşu dövlətlər üçün (ilk növbədə Azərbaycan və Türkiyə üçün) də ciddi ekoloji fəsadları ola bilər.

Bəs, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar üzərindən molla rejiminə təzyiq göstərməklə Urmiya gölünün xilas edilməsinə nail ola bilərmi?

Bəli, bu istiqamətdə müəyyən nəticələr əldə etmək mümkündür. Çünki molla rejimi yalnız təzyiq dilini anlayır.

Urmiya gölünün dirilməsi üçün hələ də hansısa ümidlər və az-çox fürsətlər var. Ümid edək ki, molla rejiminin Urmiya qarşı barışmaz düşmənçiliyini dayandırmaq mümkün olacaq.

P.S. Həmçinin, Pezeşkian da Urmiya gölünün xilası üçün yubanmadan hərəkətə keçməlidir. Urmu gölünün tam məhvi onun prezidentliyi dövründə gerçəkləşərsə, bu, onun siyasi imicinə və tarixdəki roluna böyük zərbə ola bilər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)