vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
İrəvana lazım olmayan erməni 15:11 | 15 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvana lazım olmayan erməni

Vardanyanı hətta Tramp da xilas edə bilməz...

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Hərbi Məhkəməsində müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilir.

Adam müttəhimlər (təqsirləndirilənlər) köşəsində arxayın-arxayın oturub zərərçəkənlərin ifadələrini dinləyir, prokuror və hakimlərin suallarını cavablandırır və nədənsə, həm də ümid edir ki, günün birində hətta ABŞ prezidenti Donald Tramp da onun azadlığa buraxılması üçün Azərbaycana müraciət edə bilər.

Bəli, onu bu yalana inandırıblar.

Belə ki, Vardanyanın vəkili Cared Qenser ABŞ prezidentinin bu məsələdə rol oynaya biləcəyini bildirib.

Buna görə də bəzi nüfuzlu ermənilər Trampın qızının əri ilə əlaqə saxlayıb, ona deyiblər ki, ABŞ prezidenti bu məsələni həll edə biləcək azsaylı şəxslərdən biridir.

Cavabında isə həmin ermənilərə bildirilib ki, Ermənistan rəhbərliyinin rəsmi müraciəti olarsa, cənab Tramp bu məsələyə müdaxilə edə bilər.

Bu cavab Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Nikol Paşinyana çatdırılıb və bildirilib ki, prezident üçün rəsmi əsas olacaq müraciətə ehtiyac var.

Bəs, Paşinyan bu təşəbbüsə necə reaksiya verib?

Nikol Paşinyan ağıllı davranaraq bu cür təxribatçı təşəbbüsə “yox!” deyib. O, belə bir məktubun Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına mane olacağını bildirib və Ruben Vardanyanın  azadlığa buraxılması üçün ABŞ prezidentinə müraciət etməkdən imtina edib.

Ermənistanın baş naziri anlayır ki, indi Azərbaycanla sülh danışıqları prosesini bu cür təxribatçı addımlarla zərbə altında qoymaq olmaz, ona görə də rasional qərarlar qəbul edir.

P.S. Vardanyanı isə hətta Tramp da xilas edə bilməz. Çünki terrorizmə və separatçılığa sponsorluq edənlərə heç bir ölkədə güzəşt olunmur!



   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)