Blokada kimə və necə təsir edəcək?
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
16:40 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 1060 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Rejim 40-gündə 40-dan az komandanını itirdi
Trampdan İrana sərt xəbərdarlıq
Qiymətli metal fevralın 28-dən bəri 11 faiz dəyər itirib
Enerji qiymətləri kəskin artdı
ABŞ-İranla danışıqlar nəticəsiz başa çatması Trampı hövsələdən çıxardı
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
İsrailin hədəfi İranın nüvə silahı hazırlıqlarını dayandırmaqdırsa, Azərbaycanın missiyası isə molla rejimini devirmək olmalıdır...
Xameneyinin Azərbaycana münasibətinin qatı düşmənçilik üzərində qurulduğu heç kimə sirr deyil. Bu baş molla müstəqil Azərbaycan dövlətinin varlığını və üstəgəl, il-ildən güclənməsini heç cürə qəbul edə bilmir. Molla rejiminin təmsilçilərinin ölkəmizə qarşı zəhərli bəyanatları, təxribatçı çağırışları da məhz bundan qaynaqlanır.
Bəs, Azərbaycan bütün bu pisliklərin qarşılığında nə edir?
Əslində, bu sualın da cavabı hər kəsə (elə molla rejiminin özünə də) bəllidir. Azərbaycan molla rejiminin bütün pisliklərinə rəğmən, İran İslam Respublikası ilə münasibətləri normallaşdırmaq vLakin m yaxşılaşdırmaq üçün əlindən gələni edir. Biz bunun ən bariz nümunəsini bu yaxınlarda İlham Əliyevin Xankəndidə və Şuşada Məsud Pezeşkiana qarşı maksimum dərəcədə səmimi davranmasının timsalında da gördük.
Mollalardan fərqli olaraq Pezeşkianın Azərbaycan və Türkiyəyə qarşı münasibəti müsbət olsa da, çox əfsuslar olsun ki, Pezeşkian İranda mütləq hakimiyyət, real güc sahibi deyil. Bu adam hazırkı İran idarəçiliyində sadəcə formal fiqurdur, əsas hakimiyyət rıçaqları isə məhz Xameneyinin və şər yuvası olan SEPAH-ın əlindədir. Xameneyi-SEPAH cütlüyü Pezeşkianın molla rejiminin farsmərkəzli siyasətini dəyişdirməsinə, onun Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmasına əsla izn verməz. Bu namərdlər Pezeşkianı dərhal yox edərlər.
Ona görə də biz Pezeşkiana bir Azərbaycan türkü kimi nə qədər isti münasibət bəsləsək də, lakin onun zəhərli molla rejimini islah edib normallaşdıra biləcəyinə qətiyyən ümid bəsləməməliyik. Çünki bu cür toksik, şər rejimlər heç vaxt islah olunmurlar, mahiyyətlərini dəyişmirlər.
Bunu da birdəfəlik bilməliyik ki, bu mənfur rejim İranda iş başında qalmağa davam etdikcə, İran-Azərbaycan münasibətləri heç vaxt dəyişməyəcək, düzəlməyəcək.
Əksinə, molla rejiminin Azərbaycana qarşı düşmən münasibəti hər dəfəsində yeni formalarda, fərqli rənglərdə və təzahürlərdə üzə çıxacaq. Elə İran diktatoru Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin bugünlərdə İranda səfərdə olan Pakistan daxili işlər naziri Möhsün Nəqəvi ilə görüşündə ölkəmizin ünvanına yağdırdığı ittihamlar, xoşagəlməz ifadələr də bir daha bu fikrimizi təsdiqləyir.
Molla rejiminin əsas ideoloqlarından biri olan Əli Əkbər Vilayəti açıq-aşkar aravuran, mərdimazar rolunda çıxış edərək pakistanlı nazirə deyir ki, “sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan İslam dünyasının xeyrinə olmayan hərəkətlər edir. Siz onlardan müsəlmanların və İslam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısınız”.
Əli Əkbər Vilayəti Möhsün Nəqəvi ilə söhbətinə davam edərək Azərbaycanı İsraillə əməkdaşlıqda suçlayıb: “Azərbaycan Əhməd əş-Şara ilə sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”.
Vilayəti həyasız tövrünü davam etdirərək bir az da irəli gedib və Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib.
Baxın, ölkəmizə qarşı bütün bu alçaq ittihamları o şəxs səsləndirir ki, onun özünün molla rejimində nazir olduğu dönəmlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı davam edirdi, rəsmi Tehran isə işğalçı Ermənistanı dəstəkləyirdi. Həmin vaxt Azərbaycan rəsmilərindən heç kim Pakistanın və ya hər hansı başqa müsəlman ölkələrinin nazirlərinə müraciət edib onları İranın molla rejimindən ermənilərlə əməkdaşlığa görə hesabat istəməyə dəvət etmirdi.
Ancaq bu gün istər Xamenei, istərsə də onun tapşırığı ilə Azərbaycana diş qıcırdan Əli Əkbər Vilayəti, Seyid Amuli, Mehdi Sobhani, Ehsan Movəhhediyan kimi fars şovinistləri İranın işğalçı Ermənistana və Qarabağdakı keçmiş erməni separatçı rejiminə dəstək verməsi faktının üstündən sükutla keçərək, Azərbaycanı İslam dünyasının xeyrinə olmayan hərəkətlər etməkdə ittiham edirlər.
Bir qonşu dövlətə qarşı bu cür riyakar davranışa yol vermək üçün əlbəttə ki, ancaq və ancaq fars olmaq lazımdır.
Ona görə də bu gün bizim əsas işimiz Əli Əkbər Vilayəti kimi rejim nökərlərinə politoloji şərhlər, siyasi bəyanatlar vasitəsilə münasibət bildirmək olmamalıdır. Çünki biz bu gün Vilayətini susdursaq da, sabah onu rejimin başqa bir köpəyi əvəz edəcək və beləliklə, Azərbaycana qarşı xain ittihamlar yenə də davam edəcək.
Odur ki, molla rejiminin Azərbaycana qarşı zəhərli siyasətini dayandırmağın ən optimal yolu bu rejimin devrilməsinə nail olmaqdır. İsrailin hədəfi İranın nüvə silahı hazırlıqlarını dayandırmaqdırsa, Azərbaycanın missiyası isə molla rejimini devirmək olmalıdır. Eləcə də Güney azərbaycanlıların bağımsızlıq təşəbbüslərini dəstəkləməyə davam etməliyik.
Əlbəttə, molla rejimini tarixin arxivinə göndərmək elə də asan məsələ deyil. Hətta bu fikir bəzilərinə fantastika kimi də görünə bilər. Lakin Azərbaycan cənubdan (şimaldan) gələn davamlı təhdidlərin qarşısını almaq üçün öz qarşısına bu cür maksimalist, ilk baxışdan əlçatmaz kimi görünən hədəflər qoymağa, Cənubi Qafqazın İsraili kimi davranmağa məcburdur.