Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
17:12 | 25 iyul 2025 | Cümə
Məqaləyə 1743 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Bu yazımın bir neçə gün öncəki hissəsini mötərizəli “Mövzuya qayıdarıq” sonluğu ilə bitirmişdim. Amma sözün düzü, bu gün heç istəməzdim ki, yenidən bu mövzuya qayıdaq. Çünki ötən yazımda Sergey Markovla yanaşı Mixail Qusmanın da Rusiyanın Z-blogerləri (müharibə qarğaları) tərəfindən hədəf alındığını söyləsəm də, bu gün Qusmanın 30 ilə yaxındır işlədiyi TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi xəbərini eşitmək doğrudan da çox xoşagəlməz xəbər oldu.
Putin bu qədər dibə enməməliydi, aşağılıq etməməliydi.
Bəli, Qusmanla bağlı sərəncamı erməni kökənli Rusiya baş naziri Mixail Mişustin imzalayıb. Ancaq bu qərar Mişustinin yox, məhz Putinin xəstə beyninin “məhsul”udur.
Rusiya və Azərbaycanın münasibətlərinin yaxşı olması üçün illər boyu əlindən gələni etmiş bu cür fədakar və azman bir jurnalisti sadəcə bir fakta görə – Xankəndi (Şuşa) mediaforumunda Azərbaycanla bağlı müsbət fikirlər səsləndirdiyinə görə bu cür sinsicə işindən, peşəsindən uzaqlaşdırmaq qeydsiz-şərtsiz olaraq Putinin üslubudur.
Düzdür, onun işdən çıxarılma səbəbi sərəncamda açıqlanmayıb. Ancaq yuxarıda qeyd etdiyim kimi əsl səbəb hər kəsə bəllidir.
AZAL-ın təyyarəsinin vurulmasından və Yekaterinburq hadisələrindən sonra Azərbaycana münasibətdə birdən-birə “U” dönüşü edən Kreml dünənə kimi özünün Azərbaycanla isti münasibətlərə təşviq etdiyi Mixail Qusman, Sergey Markov kimi önəmli ictimai fiqurların bu gün də ölkəmizə qarşı həmin isti münasibəti qoruyub saxlamalarını əsla istəmir.
Z-blogerləri, “voenkor”ları da son günlər məhz buna görə bu şəxslərin üzərinə qısqırdıblar.
Bəzi blogerlər isə hətta biraz da irəli gedərək İqor Korotçenkonu da, Maksim Şevçenkonu da, Ruslan Kurbanov, Ruslan Aysin və Leonid Slutskini də hədəf alır, onların haqqında da iyrənc şərhlər yazır və bu adamları Azərbaycan haqqında səsləndirdikləri müsbət fikirlərinə görə “beşinci kolon”, “qara kürü aşiqləri” və s. adlandıraraq təhqir edirlər.
Beləliklə, bu gün Rusiyada Azərbaycanın dostu obrazında tanınmaq heç də qibtəolunası tale deyil. Əksinə, hazırda şovinizmin və rus millətçiliyinin tüğyan etdiyi Rusiyada Azərbaycan haqqında müsbət fikir söyləmək çox risklidir. Olduqca təhlükəlidir.
Bu gün Rusiyada AT-lar ölməkdə, meydan isə “it”lərə – solovyovlara, zatulinlərə qalmaqdadır...
Bəli, nə yazıq ki, reallıq hissini gün-gündən itirən Putler durumu belə bir nöqtəyə gətirdi. Rusiya iri addımlarla faşizmin (raşizmin) ağuşuna sürüklənir.
Kreml Azərbaycana qarşı “əcinnə ovu”na çıxıb. Təəssüf ki, Qusmanı da “əcinnə” kimi ovladılar...
(yenidən bu mövzuya qayıdarıq)