Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
08:40 | 28 may 2026 | Cümə axşamı
Məqaləyə 128 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi açıq şəkildə dəstəkləyib. Tramp Paşinyanı “böyük dost” adlandıraraq bildirib ki, erməni baş nazir ölkəsini güclü, zəngin və çox təhlükəsiz edir.
VAXT.AZ qərb mediasına istinadən xəbər verir ki, ABŞ Prezidenti “X” sosial şəbəkəsi və “Truth Social” platformasında yayılan açıqlamasında qeyd edib ki, Paşinyan onun “Cənubi Qafqazda sülh və rifah” baxışını bölüşür. ABŞ prezidenti həmçinin Vaşinqton və İrəvanın yaxın vaxtlarda “Trump Route for International Peace and Prosperity” (TRIPP) layihəsi çərçivəsində əməkdaşlığa başlayacağını vurğulayıb. Layihənin əsas məqsədi Mərkəzi Asiyadan enerji və logistika marşrutlarının Cənubi Qafqaz üzərindən Qərbə çıxışını təmin etməkdir.
“Nikolla birlikdə ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiyanı tarixdə görünməmiş yüksəkliklərə qaldıracağıq” yazan Tramp sonda “Ermənistanı yenidən böyük edək” ifadəsini işlədib.
Mövzu regionda geniş rezonans doğurub. Son iki gündə Qərb mediasında yayılan materiallarda qeyd olunur ki, Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasəti Moskvanın ciddi narahatlığına səbəb olub. Rusiya rəsmiləri artıq İrəvana ucuz qaz və neft tədarükünün dayandırıla biləcəyi barədə xəbərdarlıq ediblər.
“Reuters” yazır ki, Ermənistanın Avropa Birliyinə yaxınlaşması və ABŞ-la strateji tərəfdaşlıq sənədləri imzalaması Kreml tərəfindən “geosiyasi xəttin dəyişməsi” kimi qiymətləndirilir. Agentliyin məlumatına görə, Vaşinqton və İrəvan arasında imzalanan yeni sənədlər enerji, kritik minerallar və regional nəqliyyat dəhlizlərini əhatə edir.
Bunun fonunda Ermənistanda seçki kampaniyası da daha sərt mərhələyə keçib. “The Guardian” qəzeti yazır ki, Paşinyan ölkəni Rusiya orbitindən çıxararaq Avropa və ABŞ-la daha sıx inteqrasiya etməyə çalışır. Müxalifət isə onu Azərbaycanla sülh prosesində həddindən artıq güzəştlərdə ittiham edir.
Eyni zamanda Avropa mediasında Ermənistan seçkiləri ətrafında geniş dezinformasiya kampaniyasının aparıldığı barədə məlumatlar yayılıb. “Euronews”un araşdırmasına görə, son aylarda Paşinyanı hədəf alan yüzlərlə saxta video və manipulyativ paylaşım dövriyyəyə buraxılıb. Analitiklər bunun əsasən Rusiya yönlü informasiya şəbəkələri tərəfindən təşkil edildiyini bildirirlər.
Maraqlıdır ki, bundan əvvəl də sosial şəbəkələrdə Tramp və Paşinyan arasında guya gizli telefon danışığı barədə saxta məlumatlar yayılmışdı. Ermənistan hökuməti həmin xəbərləri rəsmi şəkildə təkzib etmiş və informasiya manipulyasiyası adlandırmışdı.