ABŞ-nin yaratdığı boşluğu Bakı doldurur? – VİDEO
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
12:36 | 31 may 2026 | Bazar
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Dünya tarixində müharibələrdə qələbə qazanıb, sonradan sülh dövründə iqtisadi-sosial məsələlərdə uduzan onlarla dövlət (tarixi və müasir anlamda - dövlət) olub. Bunun ən bariz nümunəsi SSRİ-dir. İkinci Dünya müharibəsinin qaliblərindən biri oldu, Berlinə bayraq sancdı, Avropanın az qala yarısını işğal etdi, amma, cəmi 45 il sonra yanlış iqtisadi siyasət, məntiqsiz idarəetmə modelinə görə məğlub olub tarixdən silindi.
Azərbaycan dövləti 2020-ci və 2023-cü ildə tarixdə nadir görünən möhtəşəm hərbi qələbə qazandı, dünyada separatizm bəlasını yenən, işğal olunan ərazisini bərpa edən, suverenliyini təmin edən nadir ölkələrdən biri, bəlkə də, son nəticəyə görə birinci dövlət oldu. Doğrudan da, hətta ən xoş xəyallarda belə canlandırılması çətin olan möhtəşəm qələbə qazandıq.
Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın fədakarlığı bu qələbənin təməl daşlarını təşkil etdi. Şəhidlərin canı, Qazilərin qanı hesabına böyük uğur, tarixi qələbə qazandıq. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı nəsib etsin! Amin!
Artıq bir neçə ildir ki, sülh dövründə, 2025-ci il avqust 8-dən bəri isə faktiki sülh şəraitində yaşayırıq. Azərbaycanın hərbi qələbəsi diplomatik zəfərlə davam edir.
Bundan sonra sülh dövrünün də qalibi olmalıyıq – bu bizim borcumuzdur. İndiki idarəetmə və iqtisadi model sülh dövrünə uyğun deyil – bu haqda çox yazıb-danışmışam, təkrarçılıq etmək istəmirəm, amma, təməl 3 məsələni təcili həll etməliyik:
1. Ədalət hissinin bərpası – yəni, məhkəmə və hüquq-mühafizə orqanlarının islahatları,
2. Büdcə gəlirinin azalmasını problem görən və bunu həll etməyə çalışan hökumət modelindən, gəlirin azalmasını nəticə sayan, əsas fokusu böyüməyə, iqtisadi artıma yönəldən hökumət modelinə keçmək lazımdır. Büdcə gəlirlərini vergi-rüsum-cərimə hesabına artırmaq yanlış yoldur – bu iqtisadi aktivliyi daha da azaldır, nəticədə, büdcə daha az gəlir əldə edir,
3. Ölkənin inzibati ərazi vahidinin dəyişdirilməsi, 14 iqtisadi rayonun eyni sayda inzibati ərazi vahidinə çevrilməsi, yerli İcra Hakimiyyəti strukturlarının ləğvi, yerli özünüidarə institutlarının gücləndirilməsi – seçkili, məsuliyyəti və səlahiyyəti olan orqanların yaradılması.
Siyahını uzada da bilərəm, amma, bu 3 addım olmazsa-olmazdır. Tezliklə bu addımlar atılmalıdır ki, sülhü də udaq, regionun iqtisadi, logistik, turistik, elmi mərkəzinə çevrilək. Coğrafiyamız problemlərlə, böhran təhlükəsi ilə bol olsa da, fürsətlərlə də doludur – Çin fəlsəfəsinə uyğun olaraq yanaşsaq, böhran, həm də fürsət deməkdir, Çin dilində eyni cür yazılır...