“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
11:51 | 20 may 2022 | Cümə
Məqaləyə 22296 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Xarici siyasət, dünyanı anlamaq, müxtəlif dillərdə xarici media və araşdırmalar oxumaq, daha vacibi, oxuduqlarını analiz etməyi bacarmaq siyasətçilərin əsas işi olmalıdır, bunları etməyən, bacarmayan şəxslərin siyasətlə məşğul olması zaman və enerji itkisidir.
Bu günlərdə Azərbaycanda özlərinə niyəsə siyasətçi deyən bəzi adamların Belarus hökumət nümayəndələrinin ölkəmizə səfəri haqqında yazdığı yazıları, marginal internet kanallarda bəzi çıxışlarını gördüm – zaman itkisi olsa da, işimizin gərəyi məlumat üçün izləməyə məcburam. Adamların dünyadan xəbəri yoxdur, 2-3 söz əzbərləyiblər və 30 ilə yaxındır onları tutuquşu kimi təkrar-təkrar söyləyirlər. Belarus nümayəndə heyətinin Bakıya səfərini, “gördünüz, diktatorlar bir-birinə dayaq olur” kimi mənasız, məzmunsuz “tezislə” izah etməyə çalışdılar.
Savadsızlar heç olmasa dünya mətbuatını oxuya bilsəydilər, görərdilər ki, artıq 1 aya yaxındır Belarusla sanksiyalardan yaxa qurtarmaq üçün Qərblə açıq-gizli təmaslardadır. Qərb də 2020-ci ildə öz səhv siyasətini anlamağa başlayaraq Belarusu yenidən Kremlin caynaqlarından qurtarmağa çalışır, çünki anladılar – 2020-də özləri əlləri ilə Lukaşenkonu Putinin qucağına otuzdurdular, halbuki “Batka” Kremlin bütün basqılarına rəğmən “ittifaq dövlətinin” yaranmasına 2020-ci ilə qədər israrla mane olurdu. Lukaşenko avtoritar liderdir, amma Belarusun müstəqil dövlət kimi qalmasında maraqlıdır.
Belarus hökumət nümayəndələri Bakıda səfərdə olan zaman nüfuzlu “The Wall Street Journal” (WSJ) nəşri özünün Pentaqonda və Ağ Evdə olan mənbələrinə istinadən yazdı ki, ABŞ Belarusa qarşı olan sanksiyaları götürmək istəyir, bunun üçün bir neçə həftədir ki, danışıqlar aparır. Məqsəd Belarus üzərindən AB limanlarına Ukraynadan buğda/ərzaq daşınmasına, hətta Ukraynaya lazım olan qeyri-hərbi yüklərin Belarus üzərindən Kiyevə çatdırılmasına nail olmaqdır. Həm də, Belarus bu günə qədər Kremlin bütün israrlarına baxmayaraq, Ukraynaya qarşı birbaşa (bir daha – birbaşa) müdaxilədə iştirak etmədi.
Belarus nümayəndə heyəti Bakıda olarkən ABŞ-ın yüksək ranqlı məmurları da Bakıda idi – çox güman, rəsmi Bakı Qərblə Belarus arasında gedən danışıqlarda birbaşa iştirak edir, çünki hər iki tərəfin güvənə biləcəyi ölkə məhz Azərbaycandır.
Eyni səhvi həmin siyasətbazlar Ukrayna məsələsində də edirdilər – Zelenski Azərbaycana təşəkkür edir, dəstəkdən danışır, güvənib ehtimal olunan danışıq yeri kimi Bakının adını çəkir, amma həmin şəxslər israrla, “yox e, biz Ukraynaya kömək etmirik” deyirdilər, yalan məlumatlar yayırdılar. Ukrayna məsələsində Azərbaycan Türkiyə ilə birgə işləyir – Azərbaycanın DEYƏ bilmədiyini Türkiyə DEYİR, Türkiyənin EDƏ bilmədiyini isə Azərbaycan EDİR.
Özlərinə müxalifət, siyasətçi deyənlərin xarici siyasəti anlamadan bu ciddi məsələ haqqında içiboş söhbətlər edən məni niyə narahat edir, onu da deyim – dəfələrlə həmin şəxslərin də iştirakı ilə yüksək ranqlı Avropa və ABŞ nümayəndə heyətləri ilə görüşlərdə iştirak etmişəm. Xarici qonaqlar çox zaman İlham Əliyevlə görüşdən ya sonra, ya da əvvəl bizimlə söhbət edirdilər. Həmin görüşlərdə o qədər bisavad, mənasız söhbətlər olurdu ki, çox güman, xarici qonaqlar öz-özlərinə, “belə siyasətçilərdən elə İlham Əliyev yaxşıdır”, qənaətinə gəlirdilər.
Bax məni bu narahat edir – bu sistemə alternativ olanlar, bu rejimi dəyişmək istəyənlər, yeni siyasi sistem qurmağa iddialı olanlar indiki hökumətdən daha rasional, ağıllı, bacarıqlı, savadlı və müasir düşüncəli olmalıdırlar. Halbuki, bəzi siyasətbazların ritorikası, “tezisləri” bəsit və içiboşdur, bu isə indiki hökumətin xariclə münasibətlərində əllərini gücləndirən, müqayisədə onları daha yaxşı göstərən əsas faktorlardan biri, bəlkə də, birincisidir...