Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:04 | 3 may 2026 | Bazar
Məqaləyə 209 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Qədim zamanlardan bəri həmişə, ya da çox zaman müharibəni başlamaq, bitirməkdən daha çətin olur. Çünki, müharibənin həmən öz “benefitsiarları” yaranır, fayda görənlər “ordusu” formalaşır, hakimiyyətdə olanlar isə istənilən problemi “müharibə” ilə izah etməklə yanaşı ciddi divident də qazanırlar.
Amma, hər bir məsələdə olduğu kimi, bu yanaşmada da ayar qaçanda, zaman hədsiz uzananda, ya da, siyasi-hərbi-iqtisadi elitada “benefitsiarlarla” yanaşı “ziyan görənlər” də çoxalanda, uzun sürən müharibə elə həmin hakimiyyətlər üçün başağrısına çevrilir. Problem böyüdükcə isə hakimiyyətlər çıxış planının daha baha başa gələcəyini bildiklərindən, müharibəni daha da uzadırlar. Bununla yanaşı müharibənin “ideoji” təməlləri sarsılmağa başlayır ki, bu da qazanclı elitalar üçün əlavə problemlər yaradır.
Haşiyə olaraq qeyd edim ki, Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi uğrunda Dövlətin və Xalqın verdiyi mücadilə və əldə etdiyi fantastik tarixi qələbə həm vaxt çərçivəsi, həm ideologiya, həm də zamanlama nöqteyi-nəzərindən ideala yaxın idi. Amma, bu böyük qələbə, müharibədən çıxış hökumətin problemləri izah etmək kimi bir alətini də əlindən aldı – bunu unutmasınlar.
Gələk bu gün davam edən müharibələrə. İran və ABŞ arasında davam edən münaqişədə İranın fraqmental elitası klassik tarixi dilemma qarşısındadır. Elitanın içində müharibənin həm benefitsiarları, həm də artıq ziyan gördüklərini anlayanlar var. Amma, müharibədən çıxış sistem üçün müharibənin özündən daha təhlükəli olub. İran iqtisadi olaraq çökür-çokəcək, müharibə bütün problemlərin üzərini müvəqqəti örtməyə imkan verir. Müharibə bitən kimi xalqın ciddi sualları yaranacaq və bu suallara elitanın cavabı yoxdur, bəhanəsi də olmasa, daha çətin olacaq. Ona görə də, elitanın bir qismi, müharibənin dividentini görənlər, ABŞ ilə indiki münaqişənin, İsrail ilə isə əzəli-əbədi qarşıdurmanın sona çatmasını istəmirlər.
ABŞ üçün də müharibədən tam zərərsiz çıxmaq çətin görünür – əl ilə tutulacaq nəticə olmasa, ABŞ-nin daxilində Tramp və komandasını “yeyəcəklər”.
Gələk indi Rusiyanın 4 ildən çox apardığı işğalçı müharibəyə. Putin və yaxınları 4 ildən çoxdur ki, apardığı müharibənin tələsinə düşüblər. Elitanın bir qismi çox varlanır, biznes elita isə ciddi ziyan görür. Müharibənin hekayəsi dağılır, inandırıcılığı itir, ilk 2-3 ildə, “hardasa kənarda müharibə var, bunun əhaliyə birbaşa aidiyyəti yoxdur”, tezisi çürüyür, hava limanları işləmir, şəhərlər yanır, iqtisadiyyat daralır. İndi müharibəni bitirmək daha ağır nəticələrə səbəb ola bilər – əhalinin sualları artacaq, 700 min ayda 205 min rubl maaş alan, öldürməyi öyrənən, əlində çox saylı trofey silah olanlar siyasi gücə çevriləcəklər.
Ukraynada da elita üçün müharibəni bitirmək çətindir – çünki, qələbə olmayacaq, işğal altında 20% torpaq qalacaq, iqtisadiyyat dağılıb, demoqrafiya çöküb, şəhərlər, qəsəbələr viran qalıb, onminlərlə də həlak olanlar var. Bununla yanaşı böyük korrupsiya skandalları, yayılan videolar, səs yazıları, “Mindiç” keysi var. Müharibə dayanan kimi daim siyasi “diri”, aktiv olan ukraynalılar hakimiyyətə cavabı çətin suallar yönəldəcək.
Belə, Allah müharibəsiz dünya nəsib etsin – insanlıq tarixinin neçə günü müharibəsiz olub, bunu bilmirəm, amma, belə günlərin sayının çox az olduğu dəqiqdir...