vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 14 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TÜRK DÜNYASI  
Millət, yoxsa ümmət?! 12:30 | 13 aprel 2025 | Bazar Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət, yoxsa ümmət?!

Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya elə bir nöqtəyə gəlib çatıb ki, köhnə formatlar artıq işləmir, yeniləri isə hələ qurulmayıb. Yeni dünya düzəninin sancılı “doğuşunu” izləyirik. BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, hətta NATO və s. kimi beynəlxalq qurumlar siyasi “impotentə” çevriliblər, beynəlxalq hüquq kağız üzərində qalıb, gücün haqlı, çox zaman haqlının gücsüz olduğu dövrdəyik.

Yaxın zamanlarda dünyada yeni “oyun qaydaları” müəyyənləşəcək, çox güman, hətta BMT-nin formatı, qərarvermə mexanizmləri dəyişə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı da arta bilər. Pararlel olaraq yeni hərbi, siyasi və iqtisadi ittifaqlar da yaranmaq üzrədir. Cəmi bir neçə il əvvəl ağlımıza da gəlməyən situativ ittifaqlar qurulur-qurulacaq. Dünya geo-siyasi paradiqmadan, geo-iqtisadi və geo-coğrafi paradiqmaya keçir, müttəfiqlik anlayışı orqanik təməllər mövcud olanda işlək mexanizmə çevrilir.

Türkiyə Prezidenti Ərdoğan, azı 15 ildir ki, “Dünya 5-dən böyükdür”, şüarını müdafiə edir, mənası da, BMT TŞ-nın 5 daimi üzvünün artıq reallığı əks etdirmədiyini elan etməkdir. Doğrudan da, 1,5 milyard əhalisi, dinamik inkişaf sürəti olan Hindistan, 1,6 milyard müsəlman dünyası, 2 milyard nüfuzu olan Afrika, 1 milyarda yaxın əhalisi olan latın Amerikası ölkələri var ki, onlar öz təmsilçiliyinin olmadığöından narahatdırlar.

Bir anlıq düşünək ki, razılaşma olur, BMT TŞ-nın səlahiyyətini yüksətməklə, sayı da artırılır – yaxşı, illərdir bu məsələni dünya gündəminə gətirən Türkiyə o formatda təmsil oluna biləcəkmi?! Çünki, bizim Azərbaycan olaraq marağımız Türkiyənin dünyada nüfuzunun və təsirinin artmasıdır. Bəlkə də, buna görə Türkiyə həm də müsəlman dünyasının lideri olmağa çalışır – sadəcə, mənim şəxsi fikrimə görə bu olan iş deyil, Türkiyəyə, Türk Dövlətləri Birliyinə əlavə xərc və güc sərfi gətirir.

Gələk rəqəmlərə:

1. 22 ölkəni əhatə edən Ərəb Dövlətləri Liqası var (əslində 23-dür, sadəcə 1 dövlət hamı tərəfindən tam tanınmayıb), ərazisi 13 mln. km2, əhalisi 375 mln. nəfərdir;

2. Bu 22 ölkənin də daxil olduğu və 57 dövləti birləşdirən İslam Konfransı Təşkilatı mövcuddur – quruma daxil olan ölkələrin ərazisi 32 milyon. kvadratkilometr, əhalisi isə 1,6 milyard nəfərdən çoxdur (rəsmi rəqəmlərdə 1,9 milyard göstərilir, amma dəqiqləşdirmələrə ehtiyac var).

Sabah müsəlman əhalisi çox olan ölkələrin BMT TŞ-a nümayəndə göndərməsinə qərar versə, sizcə Türkiyə 57 dövlətin çoxunun səsinə ala, azı 29-30 ölkənin dəstəyini qazana biləcəkmi?! Təəssüf ki, yox, ərəb ölkələri Türkiyəni çox qısqanır. Bundan başqa müsəlman dünyası sayılan ölkələrin böyük əksəriyyəti ya Londona, ya Vaşinqtona o qədər bağlıdırlar ki, onlarsız səs verməzlər. Daha bir məsələ məzhəbçilikdir ki, bu da İslam dünyasının birliyinə mane olub-olur, təəssüf ki, olacaq.

Yaxşı, indiki Dünyada ölkələri, və ya ittifaqları hörmətə mindirən, hesablaşmağa məcbur buraxan amil – güc amili müsəlman dünyasında mövcuddurmu?! Məncə yox, yəni, heç vaxt, obrazlı desək, ərəb “NATO-su”, və ya, müsəlman “NATO-su” qurulmayacaq. Çünki, əsrlərə söykənən, xaricdən “genlərə” yeridilən daxili düşmənçiliklər və rəqabət var.

Bu mənada Türk Dövlətləri Təşkilatı daha orqanik görünür, doğrudur, təşkilata daxil olan ölkələrin ərazisi cəmi 4 milyon kvadratkilometrə, əhalisi isə 180 milyon nəfərə yaxındır, amma daha ciddi bağlara malik, təbii müttəfiqlik perspektivi olan qurumdur.

Biz hələ bu gücü, perspektivi tam anlamırıq, amma dünyanın güc mərkəzləri anlayır – məsələn, AB-Orta Asiya sammiti açıq göstərdi ki, TDT-ı üzvlərini ayrı-ayrı orbitə cəlb etmək və öz gündəlikləri çərçivəsinə salmaq daha rahat yoldur, çünki, TDT-ı hələ “ətə-qana” gəlmiyib, hələ inteqrasi modelləri oturuşmayıb, hələ özümüz öz gücümüzü dərk etməmişik. Güc isə həm də hərbi potensialdadır – TDT-ı, bəlkə də dünyada yeganə qurumdur ki, Türk “NATO-sunu” yarada, bütün dünyanın hesablaşmağa məcbur ola biləcəyi güc mərkəzinə çevrilə bilər.

Ona görə də, məncə, qardaş Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir. Bu o demək deyil ki, dini dəyərlərimizdən vaz keçməli, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq etməməliyik – əsla yox, sadəcə enerjimizi heç vaxt mümkün olmayacaq İslam birliyi ideyasına xərcləməkdənsə, Türki Dövlətləri Birliyinin Dünya miqyasında hamının hesablaşa biləcəyi güc mərkəzinə çevirmək üçün xərcləməliyik. Bu ağır, uzun, amma ciddi perspektivləri olan yoldur, bunun üçün ümumi hədəfləri anlaya biləcək yeni siyasi elita da formalaşmalıdır – bu məqsədə çatmağın ən optimal yolu isə TDT-nın elitasını yetişdirə biləcək yeni, çox güclü Unversitetin yaradılmasıdır. Bundan başqa, TDT-nin gəclərini birləşdirəcək işlək quruma acil ehtiyac var, o qurum ildə 4-5 dəfə böyük tədbirlər keçirməli, təşkilata daxil olan ölkələrin gənc, perspektivli insanları arasında körpü rolunu oynamalıdır. Bu gün təəssüf ki, əsasən də Orta Asiya Respublikalarının elitası daha çox “rus düşüncəlidir”, onların “türk düşüncəli” olması işi bu gün başlamalıdır ki, bir neçə ildən sonra “meyvələrini” dərə bilək...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)