
Dildə, fikirdə, işdə birlik
Alqışa layiq təşəbbüslər
Alqışa layiq təşəbbüslər
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Rusiyada böyük türk hərəkatı ideyası
Rusiya, Çin və İran isə...
İsti başla yox, soyuq ağılla verilən qərar
Ərəb dövlətlərinin qəbul etmədiyi Ankara Türküstanı özündən uzaqlaşdırıb
Çin və Rusiyaya baxanda Avropa Birliyi daha az ziyanlıdır
Mərkəzi Asiya ölkələri TDT-dən iqtisadi fayda, Avropadan siyasi qazanc güdür
Çox güclü olduğu dönəmlərdə bunu çözə bilməyən Avropa, indi nə edə bilər ki?
Boğazdan yuxarı olan kəlmələr saxtakarlıq idi
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Azərbaycanda Qərbin “demokratiya”, “iqtisadi inkişaf”, “rifah”, “insan hüquqları” kimi yalançı propaqandasından təsirlənmiş bəzi politoloqlar bu gün valı dəyişdilər. Dünənə kimi “hi-hi, əəə, bə nooldu Turan?” lağlağısından keçdilər “Orta Asiya dövlətlərinin Avropaya yaxınlaşması regionun demokratikləşməsinə müsbət təsir edəcək” tezisinə. Amma bu cənablar unudurlar ki, Türküstan cəngəlliklərində gül açmış tək demokratiya olan Qırğızıstanı AB imzalanmış sazişlərdən kənarda saxlayıb. Böyük ehtimalla Qırğızıstana xaçı (oxu: Kiprin tanınması) öpdürə bilməyiblər. Yaxud Qırğızıstan Türkiyə ilə münasibətləri nəzərə alıb, bu şər anlaşmalara qoşulmayıb. Dəqiq səbəbi bilmirik.
Türküstanda ən çox iqtisadi və siyasi dəstəyə haqqı çatan və ehtiyacı olan ölkə Qırğızıstandır. 20 ildən çoxdur ki, demokratiyaya keçib. İqtisadi baxımdan da ən kasıb ölkə Qırğızıstandır. Özünə demokratiya hamisi deyənlər ən böyük dəstəyi Qırğızıstana verməli idilər. Amma 800 ildir ki, səlibçilik zəhərindən xilas ola bilməyənlər götürüb 12 milyard avronu neft-qaz milyardları içində üzən berdiməhəmmədovlara, tokayevlərə verməyi üstün tutublar. Berdiməhəmmədov AB-nin ayırdığı 12 milyard avroyla sintizatorunun qızıl dilini brilyanta dəyişər. Eybi yoxdur, demokratiya və azadlıqlar üçün 100-lə şəhid vermiş qırğızlar kasıblıq içində yaşasa da olar.