
“Edam otağı”
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
Rusiya SM-nin də Xankəndindən vaxtından əvvəl çıxarılması üçün mümkün vasitə
Qarabağı qan çanağına döndərmək istəyirlər
Xaos Bakının müdaxilə imkanlarını artıra bilər
“Uyğurların vəziyyətinə məhəl qoymamaq düzgündürmü?”
Azərbaycana böyük dəstək...
Bu gündən Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəli beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu Azərbaycanın strateji olaraq dəstəklədiyi istiqamətlərdən hesab olunur.
570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT artıq regional deyil, qlobal güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndində İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir.
Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir.