
Heykəllərə yansıyan beynəlmiləlçiliyimiz...
UNESCO isə haqlı olaraq susur...
UNESCO isə haqlı olaraq susur...
Yaxud Rusiyanın mədəni işğal planı
Qusmanı da “əcinnə” kimi ovlayan Gebbelsin varisləri bir gün qan qusacaqlar
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Xankəndi 17-ci Zirvə Sammitinə ev sahibliyi edəcək
Ayaz Salayevə ithaf olunur...
Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırım” kimi tanımağa çağırıb. “Avropanın aparıcı demokratik dövləti kimi Almaniyanın tarixi cinayətlərlə mübarizədə xüsusi məsuliyyəti var. Ümid edirəm ki, Almaniyanın yeni hökuməti təkcə Xocalını soyqırım kimi tanımayacaq, həm də beynəlxalq qiymətləndirmənin aparılması üçün fəal şəkildə çalışacaq”, – Ağayev Xocalı qətliamının 33-cü ildönümü ilə bağlı Almaniya mətbuatına bildirib.
Ağayev Xocalı qətliamına səssiz qalmağın variant olmadığını bildirərək, “Xocalıya ədalət təkcə azərbaycanlıların tələbi deyil, ümumbəşəri humanitar məsələdir”, – deyib.
1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 nəfər, o cümlədən uşaq və qadınlar qətlə yetirilib.
Əvvəllər 7 min insanın yaşadığı Xocalıda müdafiəsiz vəziyyətdə olan 613 Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq həyatını itirdi. Qətliamdan 487 nəfər ağır yaralı sağ qalıb. Erməni qüvvələri 1275 nəfəri əsir götürüb, onlardan 150-dən hələ də xəbər yoxdur.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş vermiş hadisələri müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər olan aktlar kimi qiymətləndirib.
Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının assambleyası Xocalı hadisələrini pisləyən və soyqırımı kimi qiymətləndirən qətnamələr qəbul edib.