
Netanyahunun reytinqi yüksəldi
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
12 günlük müharibədən sonra Tehran üstün xüsusiyyətlərə malik raketləri olduğunu deyib
Tarix bütün daşları öz yerinə qoyur və Cənubi Qafqaz regionu təbii vəziyyətinə qayıdır. Bu vəziyyət 19-cu əsrin əvvəllərində regionun Rusiya imperiyasına birləşdirilməsi ilə pozulmuşdu.
Cənubi Qafqaz həmişə Yaxın Şərq və Mərkəzi Asiyadakı proseslərin ayrılmaz hissəsi olub. Düzdür, o, bir növ periferiya idi, amma regionumuza hardan baxsaq - Rusiya, Avropa, Çin, Yaxın Şərq və Mərkəzi Asiya üçün Cənubi Qafqaz periferiyadır. Bunu dəyişmək mümkün deyil, sadəcə olduğu kimi qəbul etmək lazımdır.
90-cı illərin əvvələrindən Yaxın Şərq ölkələrinin regionumuzdakı mövcudluğu artıb. Bu gün artıq Cənubi Qafqaz elə bir nöqtəyə çatıb ki, Yaxın Şərq bölgəmiz üçün həm siyasi, həm də iqtisadi mənada əsas istiqamətlərdən biri hesab edilə bilər. Azərbaycan və Ermənistan rəhbərlərinin Əbu-Dabi danışıqları, ticarət dövriyyəsinin artması, regiona səfərlər və s...
Azərbaycan dünyəvi dövlətdir. Bu təqdimat Yaxın Şərq üçün vacibdir.Azərbaycan Yaxın Şərqin bütün tərəfləri ilə əlaqələrə malikdir:
• Türkiyə ilə ittifaqdayıq;
• Körfəz ölkələri ilə strateji xarakterli münasibətlər qurulur;
• İraq və Misir üzrə ayrı-ayrı istiqamətlərdə təmaslar var;
• İranla çoxistiqamətli qarşılıqlı əlaqədəyik, amma öz təsir rıçaqlarımızdan da istifadə edirik;
• Yəhudi dövləti ilə strateji münasibətlər saxlayırıq.
Suriyada aktivlik Azərbaycana ilk dəfə olaraq "yerdə" fəaliyyət göstərmək, vasitəçi rolunu və çoxtərəfli qarşılıqlı əlaqə sxemlərinin iştirakçısı olmaq imkanları yaradır.
Risklər:
Əsas risk Yaxın Şərqdəki çoxsaylı münaqişə və müharibələrə cəlb olunmaqdır.
– Suriyada vətəndaş müharibəsi dövründə bu, baş verib. Azərbaycan vətəndaşları qarşıdurma zamanı fərqli tərəflərin tərkibində bir-biri ilə vuruşublar. Ehtimal ki, bu amil, Türkiyə faktoru ilə yanaşı, Azərbaycanın Suriyadakı sabitləşmə prosesinə fəal cəlb olunmasının əsas stimuludur. Azərbaycan Cənubi Qafqazı suriyalaşdırmağa imkan vermədi, əksinə, hazırda həm Cənubi Qafqazda, həm də Suriyada sülh və sabitliyi fəal təşviq edir.
– İsrail/ABŞ və İran arasında müharibə - Kənarda qalmaq çox çətin bir vəzifədir, lakin gördüyümüz kimi, bu, mümkündür.
– Qəzza və Qərb Sahili ətrafındakı vəziyyət - Netanyahu hökumətinin yanlış siyasəti münaqişənin genişlənməsinə və çoxsaylı qurbanlara səbəb olur.
– İsrail və Türkiyə arasında qarşıdurmanın kəskinləşməsi - Qarşıdurmanın ritorikadan Suriya ərazisində birbaşa toqquşmaya və ya Şərqi Aralıq dənizində proksilər vasitəsilə silahlı münaqişəyə keçmə ehtimalı var. Proksilər rolunda Cənubi Kipr və qismən də Yunanıstan çıxış edə bilər.
İmkanlar:
Diplomatiya – Azərbaycanın milli maraqları Türkiyə və İsrail arasında münasibətlərin sabitləşməsinin vacib olduğunu diktə edir. Bakı dişlərini sıxaraq danışıqlar platforması rolunu oynamalı, bütün imkan və keyfiyyətlərindən (səbir) istifadə etməlidir. Bu, çox çətindir, amma başqa çıxış yolu sadəcə yoxdur. Qətərə zərbələrdən sonra danışıqlar üçün yer azalır.
Bazar – Yaxın Şərq Azərbaycana yaxın satış bazarıdır. Neftlə yanaşı, Azərbaycan regiona mavi yanacaq tədarükünə də başlayıb. Bu, nə qədər qəribə səslənsə də, Azərbaycan Yaxın Şərqi ənənəvi enerji ilə təchiz edir. Qeyri-neft sektoru üçün perspektivlər də var və bu perspektivlərdən yararlanmaq vacibdir.
Qarşılıqlı investisiyalar – son məlumatlar göstərir ki, bu perspektivli istiqamətdir və bundan istifadə etmək lazımdır.
Logistika dəhlizləri – bu mövzu Yaxın Şərq vektorunda da aktual olmağa başlayır.
Beləliklə də, əsas olan riskləri minimuma endirmək və imkanlardan istifadə etməkdir. Əgər tarixin ətaləti bizi Yaxın Şərqə qaytarırsa və buna qarşı durmaq mümkün deyilsə, o zaman özümüzdən asılı olanların maksimumunu etmək və praqmatik yanaşmanı seçmək məqsədəuyğundur.