ABŞ danışıq istəmir
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
15:33 | 3 aprel 2026 | Cümə
Məqaləyə 18 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Yaxın Şərqdə ən çox itki BƏƏ-nin payına düşüb
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Ölkədəki bütün millətlər bir himə bənddirlər
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
Əlbəttə, bizim insan İranı tanımır, tarixini bilmir, mədəniyyətindən xəbəri yox.
Yəni özünün özündən xəbəri yox!
Son 100 ilin işğal zülmü bizi özümüzə yadırğatdı...
Bunun səbəbi rus-sovet rejimi idi, qısası, kölə olmaq idi, düşmən, bizə öz tarixini öyrədirdi. 15 yaşlı xəstə uşağın – ilk Romanovun taxta çıxma hekayətini əzbər bilirik. Özümüzü bilmirik.
Arazın o tayındakı min illik tarixi yaddaşımızı inkar etdilər.
Son illərin İran rejiminə xas şəriət ixracı isə vətəndaşımızı (çoxluğu) çiyrindirdi.
Dünən unutduğumuza bu gün düşmən kəsildik.
Sözümün canı odur ki, Məşhəd bombalanır...
İran torpağının, ta Bəndər-Abbasa qədər hansı qarışını tərpətsən altından son min ilin Azərbaycan-Türk Tarixi çıxar - Bizim Tarix.
Dövlətçiliyi ilə, adları ilə, memarlığı ilə, məzarlığı ilə nəhəng bir Türk Tarixi...
Məşhəd bombalanır...
Məşhəd haqqında Azərbaycan insanının bəlli bir fikri var. Və bu fikir haqlı olaraq xurafat düşmənçiliyi zəminindədir.
Lakin bizim insan bilmir ki, Məşhəd, məhz İmam Rza türbəsi, Türbənin ətrafı min illik dövrün böyük şəxsiyyətlərinin - dövlət adamlarımızın məzarlığıdır. Tarixi yaddaşımızdır.
Məşhəd, Nadir şah Avşarın uyuduğu torpaqdır. Böyük imperatorumuzun o şəhərdə qapısı nadir açılan mavzoleyi var. Məşhəd ziyarətçilərinin, nə yerlilərin, nə qonaqların bu məzardan xəbəri yoxdur.
Halbuki İranı - bu gün qədr-qiyməti olmayan - o kişilər İran etdilər.
Bu söhbət uzun söhbətdir. Nisgilli söhbətdir...
Qısaca deməyə çalışım.
Ötən gözəl günlərdə bir həftə Məşhəddə qaldım. Otelimizlə ziyarətgahın arası 10 dəqiqəlik məsafə idi. Elə gün olurdu iki dəfə gedirdim - bir səhər, bir axşam. Misilsiz bir aurası var. Gecələri möhtəşəmdir...
Məşhəddə, bu möhtəşəm İmam Rza kompleksində Abbas Mirzənin məzarını axtardım. Bilirdim, orada dəfn edilib.
Günlərlə, əl-ayağıma dolaşan ağır ziyarət libasında kitabxanalara, elmi şöbələrə baş çəkdik, gördüm deyən olmadı. Axırda bir nəfər - bir alim istinad verdi. Və məlum oldu ki, o məzar olduğu yerdə yoxdur, sökülüb (yəqin ki alt qatda qalır).
Dünyadan vaxtsız köçmüş Böyük Vəliəhd, Azərbaycan tarixində misilsiz yeri olan, 25 il rus imperiyasına qarşı dirəniş göstərən Abbas Mirzə ən mötəbər yerdə - İmam Rzanın ayaqları altında dəfn olunubmuş.
Molla rejimi şahlıq irsi ilə mübarizə etdiyi dövrdə bu məzarı da gözdən itirib. Halbuki İslamda məzara toxunmaq günah sayılır...
Demək olar ki, bütün şahların, vəzirlərin, şahzadələrin, sərkərdələrin məzarları dağıdılıb. Onların böyük çoxluğu isə adı tarixə düşmüş türk dövlət adamları idi. Qumda dəfn edilən Fətəli şah Qacarın məzarı belə yerində yoxdur...
Qadınları İmam Rzanın məzarı görünən səmtə yaxın qoymurlar. Uzaqdan durub baxırdım... və bir möcüzə ilə özümü yasaq zonada buldum. İmamın məzarı ətəyində və şahzadənin yatdığı yerdə idim. Həşəmətli salon, yalnız kişilər - uşaq, böyük oturub... Mən yan-yörəmə baxıram... aradığımın əlaməti belə yox. Sadəcə sağ divarda, diqqət çəkməyən bir yerdə Abbas Mirzə Qacar sözləri yazılıb....
Ürəyimdən qara qanlar axırdı...
Dərin kəlamlarla dolu sinə daşına isə kompleksin muzeyində rast gəldim.
Başdan ayağa nisgil...
Məşhəd bombalanır...
Azərbaycan insanı Məşhədin onun öz tarixi üçün nə demək olduğunu bilsə küçələrə tökülər, etiraz edər... amma bilmir...
o qədər bilmir ki... bilmədiyini belə bilmir...
Həmin o gözəl günlərdə İmam Rza kompleksinin kataloqunu da soraqladım. Məlum oldu ki, bu məzarlıqda, hətta İmam Rzadan əvvəl də yatan bütün isimlər kataloqlaşdırılıb. 5 cildə yığılıb şairlər, alimlər, seyidlər, kimlər... 4-cü cild dövlət adamları... yəni bizimkilər.
Mənə, bax, həmin o cild lazım idi...
Gəzmədiyim kitabxana qalmadı. Bütün cildlər var, 4-cü cild yox. Hətta kompleksin nəhəng kitabxanasında belə yoxdur...
Niyə...
Nə deyim... dediklərimdən deməkdiklərimi də bilirsiniz...
Amma bu gün Məşhəd bombalanır... 170 qız uşağına qıyan ağıl bizim tariximizəmi rəhm edəcək...