vaxtlı-vaxtında oxuyun! Bazar, 2 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
12:07 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rejim xalqın çörəyinə çöküb

Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib

Sadiq İSABƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Qəzvin şəhərində bələdiyyənin dəyənəkli işçilərinin səyyar satıcılara hücumu ilə bağlı yayılan görüntülər ictimaiyyətdə ciddi rezonans doğurub. Sosial şəbəkələrdə paylaşılan videolarda və fotolarda bir neçə bələdiyyə əməkdaşının küçə satıcılarını döydüyü, onların arabalarını zorla dağıtdığı və güc tətbiq etdiyi açıq şəkildə görünür.

Hadisə nəticəsində satıcılar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Şahidlərin sözlərinə görə, zərərçəkənlərin nə xəstəxana xərcləri, nə də vurulan digər maddi və mənəvi zərərləri ödənilməyib.

Məlumatlara əsasən, hücum edən şəxslər bələdiyyə ilə yanaşı rejimin rəsmi qurumlarına da bağlıdır. Onların müxtəlif tədbirlərdə polis yanında göründüyü, hətta etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqda iştirak etdiyi iddia olunur.

Hadisəni çəkərək işıqlandırmaq istəyən vətəndaşların isə təhdid edildiyi bildirilir. Bu isə ictimai narazılığı daha da gücləndirib.

Qəzvin Şəhər Şurasının bəzi üzvləri artıq məsələyə münasibət bildirərək, bunun təkrarlanan bir hal olduğunu vurğulayıblar. Onların sözlərinə görə, daha əvvəl də oxşar zorakılıq hadisəsi baş verib və bir səyyar satıcının qolu sınıb.

Hadisə ilə bağlı hüquqi araşdırmaların başladığı açıqlansa da, ictimaiyyət arasında bələdiyyə və hüquq-mühafizə orqanlarının məsuliyyət daşıyacağına dair ciddi şübhələr qalmaqdadır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)