İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:48 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 309 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Avropada yeni enerji qərarı qüvvəyə minir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Nüvə sazişinin (JCPOA) Avropalı imzaçıları – Fransa, Almaniya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İrana qarşı BMT sanksiyalarının avtomatik bərpasını nəzərdə tutan 30 günlük “snapback” mexanizmini işə salıblar.
“Reuters” agentliyi xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan David Vadeful məktubu BMT-yə göndərmədən öncə bildirib ki, “mexanizm əlçatandır”: “Berlin hər zaman aydın edib ki, diplomatik həll yolunu dəstəkləyir. İndi biz Tehrandan MAQATE ilə tam əməkdaşlıq və Avropanın üç ölkəsi ilə birbaşa danışıqlara başlaması üçün müəyyənləşən öhdəliklərin yerinə yetirilməsini gözləyirik”.
O əlavə edib ki, bu addım diplomatiyanın sonu deyil, əksinə, danışıqlar prosesində yeni mərhələnin başlanğıcı ola bilər.
Fransa, Almaniya və Britaniya ümid edirlər ki, bu addım Tehrana təzyiq göstərəcək və İran 30 gün ərzində nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirəcək. Əks halda sanksiyalar yenidən tətbiq olunacaq.
BMT-nin proseduruna əsasən, 30 günün sonunda İrana qarşı maliyyə, bank və müdafiə sektorlarına dair sanksiyalar geri qaytarılacaq.
Fransanın xarici işlər naziri Jan Noel Barro, “Üç Avropa dövləti (E3) bu 30 günlük müddətdən İranla danışıqlar üçün istifadə etmək niyyətindədir. Bu, diplomatiyanın sonu deyil, hələ də qarşılıqlı ünsiyyət üçün imkan var”, – deyib.
Adı açıqlanmayan İran rəsmisi isə “Reuters”ə bildirib ki, Avropa ölkələrinin bu addımı qanunsuz və təəssüf doğur: “Bu addım diplomatiyaya qarşıdır, fürsət deyil.”
Həmin rəsmiyə görə, Tehran Avropa ölkələrini bu addımdan çəkindirmək üçün bütün imkanlarını işə salıb.