
Urmiya gölü çölə çevrilərsə
Türk dünyasının bağrına sancılan duz xəncəri
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Hazırda beynəlxalq təşkilatların İran rejimindən aydın, qəti və hüquqi əsaslı cavab tələb etməsinin zamanıdır.
Nə üçün İran dövləti öz raket bazalarını, hərbi anbarlarını və strateji silah sistemlərini Güney Azərbaycanın şəhərlərində – Təbriz, Zəncan, Ərdəbil, Urmiya və digər Azərbaycan türklərinin sıx yaşadığı bölgələrdə – birbaşa yaşayış məntəqələrinin yaxınlığında yerləşdirir?
Əgər bu ərazilər İsrail tərəfindən hərbi hədəfə çevrilərsə və nəticədə mülki əhali — qadınlar, uşaqlar və yaşlılar arasında tələfat baş verərsə, bu faciənin məsuliyyətini kim daşıyacaq?
Bu, sadəcə bir hərbi yerləşdirmə planı deyil – bu, bir xalqın təhlükəsizlik və yaşamaq haqqına qarşı düşünülmüş təhdiddir.
İran rejiminin hüquqazidd davranışı
Bəyəm İran rejimi bilmir ki, beynəlxalq humanitar hüquqa görə mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün hərbi obyektlər yaşayış ərazilərindən ayrı yerləşdirilməlidir? Əgər bu obyektlər hücuma məruz qalarsa, mülki insanlar da qaçılmaz şəkildə zərər görəcək. Bu isə “mülki və hərbi obyektlər arasında ayırma prinsipi”nin açıq şəkildə pozulmasıdır.
İran rejiminin bu prinsipi bilmədiyini iddia etmək sadəlövhlük olardı – onlar bu riski bilərəkdən yaradır.
Fars rejiminin təbliğatı və cəfəng iddialar
İndi İran mətbuatı və fars rejiminə bağlı təbliğatçılar, Güney Azərbaycanın şəhərlərində vurulan hərbi hədəflərin guya Azərbaycan dövləti tərəfindən İsrailə satılmış yanacaqla əlaqəli olduğunu iddia edirlər.
Bu, diqqəti əsas sualdan yayındırmaq cəhdidir:
Niyə İran rejimi öz hərbi bazalarını türklərin sıx yaşadığı şəhərlərdə yerləşdirib və bu insanları faktiki olaraq “canlı qalxan”a çevirib?
Nə üçün heç bir “milli təəssübkeş” bu sualı İran rejiminə vermir? Çünki Azərbaycan türklərinin həyatı və təhlükəsizliyi fars rejimi üçün siyasi və hərbi məqsədlər qarşısında dəyərsiz görünür.
Beynəlxalq məsuliyyət və çağırış
BMT, “Amnesty International”, “Human Rights Watch” və digər beynəlxalq insan hüquqları təşkilatları bu məsələni təcili şəkildə araşdırmalı və İran hökumətindən şəffaflıq və məsuliyyət tələb etməlidirlər.
Unudulmamalıdır: müharibə vəziyyəti belə heç bir dövlətə bir xalqı “insan sipəri” kimi istifadə etmək haqqı vermir.
Son söz: bu savaş bizim savaşımız deyil
İsrail ilə İran arasında baş verən qarşıdurma Güney Azərbaycanda yaşayan milyonlarla türkün savaşı deyil. Azərbaycan türkləri bu müharibənin tərəfi deyillər, lakin rejimin səhv qərarlarının birbaşa qurbanına çevrilməkdədirlər.