Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
19:27 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 432 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
Gerçəkləri görməyin zamanı çoxdan çatıb. Aldadılmaq, susmaq, və ya özünü bilməzliyə vurmaq sonsuza qədər davam edə bilməz. Axmaqcasına təkrar olunan yalanlara inanmağın da bir həddi var.
1. Antik dövr: “Filistim” və ya “Pələştlər”
Fələstin adına ilk istinadlar eramızdan əvvəl 12-ci əsrə aiddir. Antik dövrdə bu bölgədə yaşamış “Pələştlər” (“Philistines”) adlanan dənizçi quldurları vardı. Onların mənşəyi ehtimal ki, Egey dənizi ətrafından gələn yunanca danışan qruplara dayanır. Misir mənbələrində də bu toplum “Dəniz quldurları” kontekstində çəkilir.
2. Roma dövrü və “Filistin” adının formalaşması
135-ci ildə, yəhudilərin Bar-Koxba üsyanından sonra Roma imperatoru Hadrian, ərazinin adını “Judea”dan dəyişdirərək “Syria Palaestina” qoydu. Məqsəd, yəhudi kimliyini bu torpaqlardan silmək idi. Buradan “Palestine” (Fələstin) adı formalaşdı. Bu ad daha sonra Bizans və Ərəblər tərəfindən də istifadə olundu.
3. İslam fəthi və ərəb köçləri (7-ci əsr)
Ərəb-müsəlman orduları VII əsrdə bu bölgəni Bizans imperiyasından alaraq İslam torpaqlarına qatdılar. Bu dövrdən etibarən bölgəyə müxtəlif ərəb tayfaları köçürülməyə başlandı. Yəhudi, xristian, samariyli və yerli aramey toplumlarla yanaşı artıq ərəb-müsəlman kimliyi də bu torpaqda yerləşdi.
4. 1948-ci il: İsrail dövlətinin bərpası
İsrail dövlətinin 1948-ci ildə bərpasından sonra, tarix boyu yəhudi millətinə qarşı yürüdülmüş zorakılıq və soyqırım siyasətləri bu dəfə yeni formada – ərəb kimliyinə bürünmüş silahlı qruplar vasitəsilə davam etdirilməyə başlandı. Əsrlər boyu Avropada antisemitizmin önündə gedən dairələr bu dəfə bölgədəki geosiyasi ziddiyyətləri alovlandıraraq, İsrailə qarşı düşmənçilik siyasətini ərəb radikalizmi fonunda təşkilatlandırmağa başladılar. Bu siyasətin konkret ifadələrindən biri də Həmas kimi təşkilatların meydana çıxarılması və terror metodları ilə bölgədə sabitliyin pozulmasına xidmət etməsidir.
5. “Fələstin dövləti” layihəsi: geosiyasi təxribatın yeni mərhələsi
Bu gün “Fələstin dövləti” adı altında gündəmə gətirilən ikili dövlət planı, əslində, Yaxın Şərqdə uzun müddətdir yürüdülən radikal-missioloji oyunların davamıdır. Necə ki, tarixən Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma bir qurum yaradıldı və bu süni struktur “soyqırımı” kimi saxta narrativlərlə beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışdı, indi də Yəhudi xalqının qədim tarixi torpaqlarında terrorçu və qeyri-legitim əsaslara söykənən bir “fələstin dövləti” qurmaq cəhdləri müşahidə olunur.
Bu təşəbbüslər yalnız regional sabitliyi pozmur, həm də beynəlxalq hüququ və tarixi reallıqları təhrif edir. Qeyd olunan planlarda istifadə olunan üsullar – tarixi saxtalaşdırmaq, qurban obrazı yaratmaq, münaqişəni etnik-dini çərçivəyə salmaq – böyük ölçüdə Ermənistan tərəfindən onillərlə tətbiq olunan metodlarla oxşarlıq təşkil edir. Bu isə göstərir ki, “fələstin dövləti” layihəsi, sadəcə bir milli azadlıq hərəkatı deyil, daha çox bölgədə İsrail dövlətinin varlığını hədəf alan və qlobal radikalizmin siyasi alətinə çevrilmiş bir ideoloji mexanizmdir.