
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Xaricdə fəaliyyət göstərən İranın “Şurayi Modiriyyəti Güzar” (Keçid İdarəetmə Şurası) özünü insan haqları və demokratiya müdafiəçisi kimi təqdim etsə də, Traktor Futbol Klubunun son çempionluğuna Türkiyə və Azərbaycan futbol klublarının və siyasi şəxsiyyətlərinin təbriklərini “şübhəli” təbrik adlandıraraq narazılığını ifadə edib.
Bu münasibətlə şura tərəfindən bir bəyanat belə yayımlanıb.
Şuranın bəyanatından seçilmiş hissə:
““Traktor” Futbol Klubunun çempionluğu münasibətilə xarici ölkələrdən gələn təbriklər, xüsusilə Türkiyə və Azərbaycan olanlar, bizim üçün təəccüblü və şübhəlidir. Bu cür reaksiyalar, idmanın siyasi məqsədlər üçün istifadə edildiyini göstərir və İranın milli birliyinə qarşı yönəlib”.
Şura üzvləri arasında aşağıdakı şəxslər yer alır:
Həsən Şəriətmədari – Şuranın baş müşaviri və Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin oğlu
Abdullah Mötədi (İran Kürdistanının Komala Partiyasının baş katibidir) – Şura idarə heyətinin üzvü və baş müşavir
Mohsen Sazgara (SEPAH Pasdaranın əsas qurucularından biri olub) – İdarə heyətinin üzvü
Şəhriyar Ahi (Rza Pəhləvinin Müşaviri olub) – Baş müşavir
Mehran Bərati (Almaniyada Jurnalist kimi fəaliyyət göstərib və hər zaman anti-Azərbaycan fəaliyyəti aparıb) – Baş müşavir
Yəzdən Şəhdayi (şuranın sözçüsü)– İdarə heyətinin üzvü və şura sözçüsü
Maraqlıdır ki, bəzi özünü Azərbaycançı təbliğ etməyə çalışanlar bu təşkilatın təmsilçiləri ilə qarşılıqlı görüşlər keçirir və bunlardan gələcək hakimiyyətdə ana dili haqqı istəyirlər və onun qarşılığında onlara vəd edirlər ki, biz Güney Azərbaycanda gedən Milli Azadlıq hərəkatını parçalamağa və aradan götürməyə qadirik. Hal hazırda Azərbaycan adı altında İrançılıq edənlər iddia edirlər ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının müstəqil tələbi və fəaliyyətləri olmamalı və ancaq rejimi müxalifət də olan fars mərkəzli qrupların siyasi platformalarında yer almalıdırlar.
Ona görə də millətimiz şüar verir Azərbaycan var olsun, istəməyən kor olsun!