
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Son aylarda İran və Rusiya rejimlərinin Azərbaycan dövlətinə qarşı artan təzyiqləri, siyasi təxribatları və açıq-aşkar təhdidləri göstərir ki, bölgədə müstəqil mövqe tutmaq istəyən hər bir güc, imperiya maraqları ilə üz-üzə qalır. Lakin Azərbaycan dövləti artıq yalnız öz sərhədlərini deyil, bir millətin ləyaqətini, milli kimliyini və strateji iradəsini qoruyan bir dövlətə çevrilib.
İran rejimi, Güney Azərbaycanda yüksələn milli oyanışdan ciddi şəkildə qorxur. Bu səbəbdən Azərbaycanı hədəfə alır, qorxutmağa, “təcrid” etməyə çalışır. Ancaq bu rejim anlamır ki, Azərbaycan Respublikası bu gün Güneydə əsrlərdir susdurulan bir millətin haqq səsinin, hüququnun və kimliyinin arxasında duran yeganə dövlət gücdür.
Rusiya isə, keçmişin imperiya xəyalları ilə Cənubi Qafqazda yenidən hegemonluq qurmağa çalışır. Azərbaycanın qəti siyasi iradəsi, Zəngəzur dəhlizində strateji mövqeyi və Türk dünyası ilə birliyi, Kremlin planlarını pozur. Amma bu gün qarşılarında zəif, asılı bir dövlət yox, suveren qərar verən və bölgənin siyasi arxitekturasını dəyişən Güclü Azərbaycan dövləti dayanır.
Bütöv Azərbaycan ideyası müharibə çağırışı deyil. Bu, bir millətin öz varlığına sahib çıxmaq haqqıdır. Bu, 1828-dən bəri süni şəkildə parçalanmış bir millətin tarixi birliyinə, mədəni bütövlüyünə və siyasi iradəsinə doğru dönüşüdür. Bu ideya gücünü silahdan deyil, tarixdən, milli yaddaşdan və müasir reallıqlardan alır.
Bu gün Bütöv Azərbaycan arzu yox, zamanın diktə etdiyi tarixi zərurət və milli şüurun tələbidir. Artıq bu haqqı qorumağa, yaşatmağa və gerçəkləşdirməyə hazır olan bir dövlət var – Güclü Azərbaycan.