Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
10:55 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 158 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Dünyada neft qiymətlərinin kəskin artması, məntiqi olaraq benzin, dizel və avia-kerosinin də qiymətlərini artırıb.
ABŞ hökuməti bundan narahatdır, ona görə də, Tramp dünən elan etdi ki, 1993-cü ildən təyin edilmiş federal yanacaq vergisi ləğv ediləcək. Amerikada federal benzin vergisi dəyişməzdir, hər qallon (3,78 litr) üçün 18,4 sent təşkil edir. Dizel yanacağı üçün isə bu vergi növü 24 sentdir. Federal hökumətdən başqa ştatların da öz yanacaq vergisi var - ən aşağı olan ştatlarda bu 33 sent, “solçuların” mərkəzi olan Kaliforniyada isə 70 sentdir.
Tramp federal vergini ləğv edir – yəni, 1 qallon benzin avtomatik olaraq 18,4 sent ucuzlaşacaq, Respublikaçıların hakimiyyətdə olduğu ştatlarda isə ştat vergisi, yəni, 33 sent də ləğv ediləcək. Beləliklə, ümumilikdə Respublikaşıların əlində olan ştatlarda bir qallon benzin 51,4 sent ucuzlaşacaq – Demokratların hakimiyyətdə olduğu ştatlarda bu vergi növü ləğv edilməsə, bu həm də Trampın ağıllı siyasi gedişi olacaq, əhali isə demokratlardan narazı qalacaq.
Azərbaycanda dərmanlara, uşaq bezlərinə və yeməklərinə, gündəlik təlabat mallarına təyin edilmiş 18 faiz ƏDV doğru deyil, 2 faizə salınsa, məsələn, dərmanlarda, uşaq bezi və yeməklərində 15 faiz civarında ucuzlaşma olar. İndi ölkə üçün göydəndüşmə əlavə gəlir peyda oldu, neft qiymətləri kəskin artdı və Azərbaycan bu il nəzərdə tutulandan əlavə olaraq, hardasa 2 milyard dollar vəsait qazanacaq. Bu vəsait elə vergi güzəştləri üçün əsas da yaradır – yəni, güzəştin mənbəyi də var...