Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
14:48 | 24 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 674 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniyada baş tutan seçkilər bir daha sübut etdi ki, dünyada “sağ” və “sağ-mərkəz” önə çıxır, “sol-pvesdo-liberal” siyasi güclər zəifləyir. Çünki, xalqlar, toplumlar içiboş, mənasız, insan faktorunu kənara çəkən, iqtisadiyyatın hər sahəsini batıran “over-regulation” (aşırı tənzimləmə) yanaşmalardan bezib. Bu haqda illərdir yazılır.
İnsanları zinhara gətirən, bardağı daşıran son damcı “pandemiya” adlanan sürəcin cinayətkarcasına idarə edilməsi oldu.
İqtisadi oyunçuları isə bezdirən tənzimləmələrin artması, Avropanın “SSRİ-ləşməsi” oldu. Avropada “yaşılların” fiaskosu məhz buna görə baş verdi, ciddi mövzuları “gretathunberg”-ləşdirilməsi insanları bezdirdi, iqtisadiyyatı zəiflətdi.
Almaniya kimi bir ölkədə AFD-nin 21 faizə yaxın səs toplaması ciddi siqnaldır, əgər “mərkəz sağ” və konservatizmi təbliğ edən Merts və onun komandası işlək hökumət qurub problemləri həll, “sol”la ittifaq qurub nəticə əldə edə bilməsə, hökumət koalisiyası yenə dağıla bilər və belə olsa, növbəti seçkilərdə AFD 35-40 faiz səs yığıb hökumət formalaşdırmaq hüququ qazanacaq. Şərqi Almaniya zatən AfD-nindir, Qərbi Almaniyada 2-3 böyük əyalətdə səsini artırsa, qarşısıalınmaz olacaq.
Eyni mənzərəni biz gələn seçkilərdə Fransada da görəcəyik – Le Penin partiyası və ona qoşulan “sağ” qüvvələr qalib gələcəklər.
Qoca Avropa “sağ” siyasətə keçir, görək bu onların “sağalmasına” səbəb olacaqmı...