Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
11:44 | 21 fevral 2025 | Cümə
Məqaləyə 651 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
2008-2024-cü illər arası Rusiyanın, diktator Putinin aqressiv davranışlarının, güclənməsinin, sağa-sola saldırmasının günahkarı Tramp deyil. Bunu bir kənara yazmadan, məsələnin kökünü başa düşmədən, bu gün baş verənlərin məğzini anlamaq mümkün deyil.
Son 16 ilin 12-də dünyada Demokratik Partiyanın dövrü idi, sol-qlobalist-psevdo-liberal “ideologiyanın” dominant olduğu illər yaşadıq. Onlar tək ABŞ-da deyil, Avropada, Dünyanın bir çox ölkələrində də hakimi-mütləq idilər, hər yerdə öz Avroatlantik “elitasını” yaradıb hakimiyyətə düzmüşdülər. Hətta Rusiyada belə məhz onlar hakimiyyətdəydilər.
Tramp ilk dövründə tamamən “axsaq ördək” idi – komandası, ideologiyası, planı-proqramı yox idi, çünki, bəlkə özü belə seçkiləri udacağına inanmırdı.
2020-24-cü illərdə Tramp komanda yığdı, komandasının ideoloji tezisləri, təməli yarandı, indi onların inandığı missiya var – hətta, maraqlı rol bölgüsü də açıq görünür. Bu rol bölgüsü gələcəyə, yaxın 10-12 ilə hesablanıb, möhkəm təmələ otuzdurulub.
Tramp pul, gəlir, dollar, borc, taariflər haqqında danışır – bu dili və üslubu sadə, orta statistik amerikalı çox sevir və tez anlayır. O deyir ki, sizin vergilərinizi oğurlayırlar, səhv xərcləyirlər, ABŞ-ı hamı “qazlayır”, mən indi bunun qarşısını kəsəcəm. Bir daha – bu rol bölgüsüdür, Trampın dili dünya üçün qırıcı, incidici, hətta ikrah doğurandır, amma orta statistik amerikalı üçün çim yağdır. Vitse-prezident Ceyms Vens isə dəyərlər, prinsiplər, ideoloji təməllər haqqında danışır – çünki, ideoloji təməl, hekayə quruculuğu olmadan missiyanı həyata keçirmək olmur (Münhen konfransındakı, dünən ABŞ-da bir tədbirdəki çıxışı proqram xarakterli idi). Vens Avropa və dünya ilə inandığı dəyərləri təbliğ edir, çox açıq danışır, bu isə o deməkdir ki, Respublikaçılar artıq 2028-ci ildə namizədlərinin kim olacağını müəyyən ediblər.
Tramp və komandası anlayır ki, tək Vaşinqton “dərin dövlətini” məhv etməklə iş bitmir, paralel olaraq Kanada (Trüdonu ona görə trollayır) və Avropada da “pvesdo-liberal solçuluğu” ciddi zəiflətmək lazımdır. Qlobalist sistemin bütün ayaqlarına hücum məhz bundan qaynaqlanır. Əgər bacarsalar, əgər son 15-20 ildə qurulan “psevdo-liberal” sistemi çökdürə bilsələr, dünya yaxın 10-12 ildə “sağa” dönəcək, “sağalacaq”. Amma, 10-12 ildə “sağ” da çaşacaq, təhlükəli hala gələcək, sonra yenidən “siyasi kəfkir” işə düşüb “sola”, amma əsl ideoloji sola doğru hərəkət başlayacaq.
Baxın, məsələlər “Marian” çökəkliyindən də dərindir, bunu, “Tramp pulgirdir, ABŞ Ukraynanı satdı” və s., kimi primitiv yanaşmalarla anlamaq mümkün deyil. Rusiyanı, Putini qudurdanlar Trampın komandası deyil, amma onları tərifləyə-tərifləyə masaya çəkib qalib gələ biləcək komanda isə, məhz Trampın komandasıdır.
Anlayın, 3 ildir Ukrayna müharibə aparır, özü də, hərbi yolla qalib gəlməsi mümkün olmayan müharibə aparır, qəhrəmanlıq göstərir, amma bu 3 ildə Bayden və komandasının Ukraynanın başına açdığı oyunları görmədən, anlamadan, cəmi 30 gündür prezident olan Trampı bütün problemlərdə günahlandırmaq, məntiqli gəlmir axı. Əgər Rusiyanı hərbi yolla məğlub etmək mümkün deyilsə, deməli başqa yollar axtarmaq lazımdır. İndi həmin yollar axtarılır, bunun üçün Putinin “eqosunu sığallayan” açıqlamalar verilirsə, deməli damarını tutublar, oyuna çəkirlər. Görək...