vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
Ruhu zəhərlənmiş millət 11:55 | 4 iyun 2025 | Çərşənbə Məqaləyə 28 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhu zəhərlənmiş millət

Provokotiv sula verən tələbələrin “ideya babası” ruslardır

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşüb. Ermənistan mətbuatının yazdığına görə, görüş gərgin keçib, millətçi tələbələr Nikolu qəzəbləndiriblər.

Tələbələrdən biri sual verib ki, Qarabağın “itiriləcəyini” 2018-ci ildə dəqiq bilsəydiniz, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verib ki, bəli, çünki Qarabağı “itirməsəydik” əsl müstəqil dövlət ola bilməzdik.

Digər tələbə isə Paşinyanı tənqid edib ki, siz “tarixi Ermənistan” ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min км² ərazisi olan tarixi Ermənistanı geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.

Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 км² ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.

Bir sözlə, Paşinyan reallığı qəbul edərək, erməni mifalogiyasının mənbəyi olan kilsə ilə mübarizə apararaq, Ermənistanı “sağaltmağa” çalışır. Bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır, tələbələri belə “zəhərlənmiş”, mono-etnik toplumun “sağalması” çətin prosesdir. 

Mifologiya bu toplumun “genlərinə” işləyib, hələ də, guya, 300 min км² ərazisi olan “tarixi” Ermənistandan danışanlar var. Bu “əraziyə” Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi “daxildir”, həmin xəstə təfəkkürlü insanlara sula vermək lazımdır ki, ay biçarələr, cəmi 3 milyon əhaliniz var, hətta fantastik və absurd ssenari təsəvvür etsək, tutalım, 300 min км² ərazisi olan Ermənistan qurduz, belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz, bundan başqa, ərazi “iddianız” olan ölkələrin cəmi əhalisi 100 milyondur, siz 3 milyonla 100 milyon əhaliyəmi qalib gələcəksiniz?! NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm Əsgəri bir qırağa, yol polisləri belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm, sizlər heç onlarla belə bacara bilmədiyinizi başa düşmürsünüzmü?!

Nə isə, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır, İrəvan Universitetində provokotiv sula verənlərin “ideya babası” da ruslardır.

Paşinyan və komandası cəmiyyətin “sanitarlarıdır”, uğurları da var, cəmiyyətin böyük qismi “sağalıb-sağalır”, amma əsl imtahanları 2026-cı ilin seçkiləri olacaq – əgər o seçkiləri də Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti “sağalıb”, revanşistlər “marginallaşıb” və təsirlərini tam itiriblər.

Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz töhfəmizi verməliyik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)