Kütlənin diqqəti
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
13:48 | 13 may 2026 | Çərşənbə
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Dubayda idmançı ermənini hardan tapıblar?
Baş nazir ermənilərlə necə məzələnib?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
Ermənistana baha başa gələn işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir
Paşinyan məxfi sənəd açıqladı
Separatçılar İrəvanla birgə plan əsasında fəallıqlarını artıblar
İşğalçı ölkə demoqrafik fəlakət astanasında - qurtuluş Qarabağdan keçir
Paşinyan general Movsesi qondarma rejimin başına gətirmək istəyir
Naqolay, primitiv və rüsvayçı şəkildə
Paşinyan və erməni politolqolar “qaralar”ın qisasndan əndişəyə düşüblər
Ermənistanın xarici borc girdabında boğulur - inqilab da çarə olmadı
Tevanyan: “Nəinki Dağlıq Qarabağ Azərbaycana qayıdacaq, üstəlik …”
“Daşnaksütyun”-Paşinyan qarşıdurması güclənir
Politoloq: “Paşinyan həm daxili, həm də xarici auditoriya qarşısında siyasi gedişlər edir”
Ordudakı itkilər gizlədilir
1990-cı ilin Yanvar hadisələrinin xronoloji təhlildən çox mahiyyətcə izahına ehtiyac var.
Şübhəsiz ki, SSRİ bütün təminatı ilə mövcud və güclü idi, sadəcə 1988-ci ildə başlayan Meydan hərəkatı Azərbaycan xalqını tamamilə yeni ideoloji-siyasi mərhələyə daşımışdı.
Bunu da unutmaq lazım deyildi ki, “Homo Sovetus” olaraq yetişdirilən Azərbaycan Sovet xalqı ideoloji baxımdan rejim proqramına tam uyğun yetişdirilsə də, meydanda yaşananlardan sonra xalq artıq yeni baxışlara ehtiyac duyurdu. Çünki o dövrün Azərbaycan əhalisi olduqca mükəmməl məktəb təhsilini tamamlamış, yüksək mədəni – intellektual səviyyəyə malik idi deyə, baş verənləri dərhal anlamış, nəticə çıxararaq yeni istiqamətlər axtarırdı.
O dövrün ictimai instinkti induktiv mənada liderlərin simasında özünü tapmadı.
Şübhəsiz ki, meydanda tribunalar vardı və onlar boş qalmadı. Lakin ictimai sifarişin gözləntisi və sifarişi xırda liderlərin pafosu altında itib – batmağa niyə möhtac idi? Bu da tarixin başqa bir dilemmasıdır, digər mühüm bir detal mitinq liderlərinin ictimai-siyasi çevrədən yox, ədəbi-mədəni, elmi çevrələrdən olması idi.
O dövrdə Edqar Savisaar, Dainis İvaniş kimi siyasətdən gələn liderlərin olduğu oxşar respublikalarda hədəf və kadrlar daha dəqiq idi.
Gürcü yazıçısı, millətçisi Zviadı çıxmaqla Levon Ter-Petrosyan Moskvada Şərqşünas olmamışdan qabaq da doğulduğu Hələbdə gəncliyini savaşlara həsr etmişdi.
20 Yanvar Faciəsinin mahiyyəti isə məlumdur: daxili xüsusi xidmət orqanları ilə SSRİ hərbi – gizli rəhbərliyi siyasi hökmü icra edərək, xalqa amansız divan tutdular.
Proses üçün, müdaxilə üçün daxildə şərait yetişdirilmişdimi?
Bu sual da öz cavabını zaman keçdikcə tapır.
Vəzirov bəsirətsizliyinin Mütəllibov səriştəsizliyinə çevrilməsi ölkə üçün yaxşı nəsə gətirmədi.
Amma tarix üçün, tarixin sosiologiyası üçün əla materiallar verdi.
İlk geosiyasi nəticə:
Dünyada nəhayət çöküşün başlanması Qarabağ laylarının titrəməsi ilə hərəkətə keçdi.
Meydan hərəkatı, Qarabağ müharibəsi – SSRİ-nin sonunu gətirdi və köhnə dünya – Soyuq Müharibə bitdi.
Sosialist düşərgə Kapitalizm qarşısında ulduzlarını söndürdü.
30 il sonra yeni dünya nizamının qurulması da Qarabağla başlayacaq, Vətən müharibəsi nəticəsində geosiyasi şərtlər dəyişəcəkdi.