
Rusiya, İran və Türkiyə ...
Köçəryanın inkişaf xətti ilə Lavrovun bəyanatındakı oxşarlıq
Köçəryanın inkişaf xətti ilə Lavrovun bəyanatındakı oxşarlıq
Paşinyan Rusiyanın təhlükəsizliklə bağlı sözlərini qulaq ardına vurur
Paşinyanın İTV-yə müsahibəsi və Azərbaycanın real niyyəti
... Yaxud türklərə nifrətin pik nöqtəsi
Təbəssümləri də saxtadır
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Nikol Paşinyanın Xankəndidə dediyi məlum açıqlamaya başımız o qədər qarışdı ki, Ermənistan baş nazirinin Dağlıq Qarabağa gəlişinin məqsədi arxa plana keçdi. Halbuki, avqustun 6-da işğal altındakı torpaqlarda başlanan “ümumerməni oyunları” Paşinyanın dediyi “Artsax Ermənistandır” açıqlaması qədər Azərbaycan üçün təhlükəlidir. Bu oyunlar 20 ildir keçirilir, ancaq budəfəkinin miqyası daha böyükdür. 17 avqusta qədər davam edəcək idman yarışlarında özlərinin dediklərinə görə 145 ölkədən 5 min idmançı iştirak edəcək. Oyunların bir hissəsi işğal altındakı torpaqlarımızda, digər hissəsi İrəvanda keçiriləcək.
İdman yarışlarının adından da göründüyü kimi bu ölkələrdən oyunlara gələn idmançıların tamamı ermənidir. Ancaq 145 ölkədə 5 min erməni idmançının olduğu şübhə doğurur. İrəvan və Xankəndi “erməni oyunları” adı altında dünyadakı erməni lobbisindən maliyyə toplamağa çalışırlar. Çünki həm bu oyunları, həm də “idmançıların” Qarabağa gəlişlərini dünyanın müxtəlif ölkələrinə səpələnən erməni lobbisinin təmsilçiləri maliyyələşdirirlər. Separatçılar ikiqat qazanc əldə edirlər. Həm “idman oyunları” vasitəsilə hotellərini doldurur, qazanc əldə edirlər, həm də erməni diasporu ilə əlaqələrini gücləndirirlər.
Bu oyunlarda başqa bir məqam da maraqlıdır. Son anda oyunlara 3 ölkədən ermənilərin də qatıldığı bildirilib. Bu Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və İraqdır. Çexiyanı anladım. Mümkündür ki, kasıb İraqda yaşayan ermənilərin Dağlıq Qarabağa gəlişlərini digər ölkələrin varlı erməniləri maliyyələşdirib. Bəs Birləşmiş Ərəb Əmirliklərində idmançı erməniləri necə tapıblar?
Bizim diplomatik cəbhədə qüsurlu fəaliyyətimiz bu məsələdə də üzə çıxır. Əvvəlcədən Azərbaycan XİN bilirdi ki, Dağlıq Qarabağda qeyri-qanuni idman yarışı keçiriləcək. 145 ölkədən birinin XİN də ölkəsindəki erməni vətəndaşlarına müraciət edib deməyib ki, “Dağlıq Qarabağ təhlükəli yerdir, müharibə zonasıdır, ora getməyin!”. 145 ölkənin içində Azərbaycana tərəfdaş və dost ölkələr də var, birindən də oxşar açıqlama səslənməyib. Ancaq belə bir müraciətin səslənməsi üçün gərək bizim XİN tərəfdaşlarına müraciət edərdi. Belə bir müraciət olmayıbsa, onlar nədən erməni vətəndaşlarını işğal altındakı torpaqlara getməkdən çəkindirərdi?