
Sərəncamın icrası təmin edilib
Əfv 200-dən artıq şəxsə şamil olunub
Əfv 200-dən artıq şəxsə şamil olunub
Proses Penitensiar Xidmət müəssisələrində təşkil olunacaq
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
Baş nazir kimlərin əməkhaqqısını və neçə faiz qaldırdı?
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə layihələri və habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Hökumət bu işdə qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə və eləcə də aidiyyəti dövlət orqanlarının, elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq edəcək.
Sənəddə qeyd edilir ki, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Yeni Strategiya və Dövlət Proqramında nələr nəzərdə tutulacaq?
Birmənalı şəkildə hər iki sənəd Qarabağ və Şərqi Zəngəzurda intensiv bərpa və yenidən qurma və xüsusən də məskunlaşma prosesinin sürətli davamını təmin edəcək. İşğaldan azad olunan ərazilərimizdə artıq 15 min keçmiş məcburi köçkün məskunlaşıb. İkinci Dövlət Proqramının icrasının başlamasınadək isə təxminən 140 minə yaxın vətəndaşımız öz ata-baba yurdlarına qayıdacaqlar.
Bütün bunlar ilə yanaşı, cənab Prezidentin tapşırığına uyğun olaraq, növbəti mərhələdə ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi ilə işlər daha da dərinləşəcək.
İşğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və inkişaf edir. Qarabağı növbəti mərhələdə Azərbaycanın iqtisadi inkişaf drayverlərdən birinə çevriləcək.