
Əfv sərəncamının icrası bu gün həyata keçiriləcək
Proses Penitensiar Xidmət müəssisələrində təşkil olunacaq
Proses Penitensiar Xidmət müəssisələrində təşkil olunacaq
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Cəzaçəkmə müəssisəsində qanunsuz əşya keçirilməsinin qarşısı alınıb
Baş nazir kimlərin əməkhaqqısını və neçə faiz qaldırdı?
Komissiyaya 500-dən artıq müraciət daxil olub
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
İctimai əhəmiyyətli məlumatlar yığışdırılıb, əlçatanlıq məhdudlaşdırılıb
Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
“Mobil notariat” zəruri olan çoxsaylı məlumatları inteqrasiya edib
Layihə çərçivəsində ilk toplantı keçirilib
Kimlər azadlığa çıxacaq?
İlham Əliyev Bakı küçələrində heyvan kəsimini qadağan etdi
Prezident sərəncam imzaladı
Spiker böyük əfv haqda
«Prezidentin səlahiyyətində olan məsələdir»
Millət vəkili: «Kriminal əhval-ruhiyyədə insanların çoxalması cəmiyyət üçün narahatçılıq yaradır»
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin, Milli Məclisin deputatlarının, Əfv Məsələləri Komissiyasının üzvlərinin, hüquq müdafiəçilərinin, Ədliyyə Nazirliyi yanında İctimai şuranın, vətəndaş cəmiyyəti və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yerli qurumlarında tam təmin edilib.
Əfv sərəncamı 200-dən artıq şəxsə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.