vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
İZDİHAM  
“Stadionlar burada, bəs xəstəxanalar hanı?” 18:21 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Stadionlar burada, bəs xəstəxanalar hanı?”

Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu

ELTON

MÖVZU İLƏ ƏLAQƏLİ

Həftəsonu Mərakeş son illərin ən böyük hökumət əleyhinə aksiyalarına şahidlik edib. Azı 11 şəhərdə insanlar korrupsiyaya etiraz üçün küçələrə çıxıblar.

Etirazçılar Rabat hakimiyyətini səhiyyə və təhsili arxa plana atıb beynəlxalq idman tədbirlərinə vəsait ayırmaqda ittiham ediblər. İspaniya və Portuqaliya ilə birlikdə 2030 FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan ölkədə “Stadionlar buradadır, bəs xəstəxanalar hanı?” şüarları səsləndirilib.

Azı üç stadionun inşa edildiyi, altı meydançanın isə yenidən qurulduğu Mərakeşdə yaxın aylarda Afrika Millətlər Kubokuna da ev sahibliyi ediləcək.

Aksiya iştirakçıları 2023-cü ildə təxminən 3 min nəfərin həlak olduğu zəlzələnin fəsadlarının qaldığını, eləcə də Aqadirdə dövlət xəstəxanasında səkkiz qadının doğum zamanı həyatını itirməsini yada salıblar.

Mərakeş İnsan Hüquqları Cəmiyyəti şənbə günü saxlanılan onlarla şəxsin bir qisminə fiziki zorakılıq göstərildiyini açıqlayıb. Təşkilat həmçinin polis qüvvələrinin etirazları yatırmaqla ifadə azadlığını məhdudlaşdırdığını vurğulayıb.

Əvvəllər əsasən həmkarlar ittifaqları və siyasi partiyaların təşkil etdiyi aksiyaların səs gətirdiyi ölkədə bu dəfə başı TikTok və “Discord” kimi sosial media platformaları üzərindən təşkilatlanmış gənclər çəkib.

“Z Generation 212” və “Mərakeş gəncliyinin səsləri” kimi qruplar “dinc, mədəni etiraz” və “məsuliyyətli müzakirə” çağırışları ilə çıxış ediblər.

Kasablankadakı nümayişdə iştirak edən 27 yaşlı mühəndis Yusif, “Ümid yoxdur. Yalnız səhiyyə və təhsildə deyil, bütün sistemdə islahat istəyirəm. Daha yaxşı maaşlar, normal işlər, ucuz qiymətlər və daha yaxşı həyat tələb edirəm”, – deyib.

Mərakeşdə 1995–2010-cu illərdə doğulan nəsil cəmiyyətin ən böyük təbəqəsini təşkil edir. Etirazçılar Nepaldakı “Z” nəslinin hökuməti devirən aksiyalarından ilham aldıqlarını da qeyd ediblər.