
QİÇS-in taleyini həll edən dərman
Epidemiyanın gedişini dəyişəcək “Lenacapavir” ucuz qiymətlə gəlir
Epidemiyanın gedişini dəyişəcək “Lenacapavir” ucuz qiymətlə gəlir
550-dən çox preparat tapılmır
Xəstəliyə tutulma riski yaşanan mühitlə əlaqəlidir
5 ayda 23 milyarddan çox xərclənib
İnsanlarda sınaqda keçirilir
Antidepressant istifadə edənlər üçün “həddindən artıq istilik” təhlükəsi
Milyonlarla insanın istifadə etdiyi reseptsiz dərmanlar yığışdırılır
Arıqlama həbləri istifadə edən qadınlar üçün xəbərdarlıq
65 yaşlıdan yuxarı insanlarda mədə, ürək və böyrək problemlərini artırır
Ağ qan hüceyrələrindən gizlənən virusu tapmağı üsulu kəşf olundu
Hormon dərmanının yan təsiri şişə səbəb oldu
1 milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb
Xərçəngin dərmanını tapan şirkət zərərlə işləyir
Hollandiyada ağrı kəsici yerinə narkotik göndərilən 30 yaşlı adam ölüb
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Maya dəyəri 68 manat ola bilər
Köklüyün müalicəsində inyeksiya əvəzinə həb forması ön plana çıxır. “Semaglutid” həbləri çəki itkisi üzrə klinik sınaqlarda təsirli nəticələr göstərib.
Köklük təkcə artıq çəkidən ibarət olmayıb, diabetdən ürək-damar xəstəliklərinə qədər bir çox sağlamlıq problemini özü ilə gətirən ciddi bir xəstəlikdir. Son illərdə bu sahədə diqqət çəkən dərmanlardan biri “Semaglutid” təsiredici maddəsinə əsaslanan müalicələr olub. Dünyada ən tanınmış nümunələrdən biri olan “Ozempic”, xüsusilə ABŞ-da sürətlə yayılaraq “möcüzə dərman” kimi təqdim olunur. Verilən məlumata görə, amerikalıların səkkizdə biri bu tip preparatlardan azı bir dəfə istifadə edib.
Lakin müalicənin inyeksiya yolu ilə aparılmaq bir çox insan üçün çəkindirici amildir. Həftədə 2,4 milliqramadək inyeksiya tələb edən “Semaglutid” istifadəsi xəstələrin terapiyaya davam etməsini çətinləşdirir. Buna görə də alimlər eyni təsiri həb formasında əldə etməyin yollarını araşdırırlar. Atma yolu ilə qəbul edilən dərmanların orqanizm tərəfindən sovrulma faizi daha aşağı olduğundan, testlər doza artırılmaqla aparılıb. İlk nəticələr isə olduqca ümidvericidir.
Dörd ölkədə 307 iştirakçı ilə aparılan və 71 həftə davam edən klinik sınaqda, köklük və ya artıq çəkili 205 nəfər hər gün “Semaglutid” tableti qəbul edib, 102 nəfər isə “Plasebo” istifadə edib. Dərman qəbul edən qrupda bədən çəkisində 13,6% azalma qeydə alınıb. Bu fərq “Plasebo” qrupuna nisbətdə 11,4% daha yüksək olub. İştirakçıların təxminən üçdə biri isə ümumi bədən çəkisinin 20%-dən çoxunu itirib.
Tədqiqat yalnız arıqlama ilə məhdudlaşmayıb. “Semaglutid” tableti qəbul edənlərdə qan şəkəri, xolesterin dəyərləri və fiziki performans göstəriciləri də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu nəticələr həb formasının inyeksiya qədər təsirli ola biləcəyini göstərib.
Yan təsirlər davam edir
Bununla yanaşı, inyeksiya formasında rast gəlinən yan təsirlər həb qəbul edənlərdə də müşahidə olunub. İştirakçıların 74%-i mədə-bağırsaq problemləri və ürəkbulanma yaşayıb, “Plasebo” qrupunda isə bu göstərici təxminən 42% olub. Alimlər bu təsirlərin əsasən yüngül və ya orta səviyyəli olduğunu, lakin diqqətlə izlənməsinin vacibliyini vurğulayıblar.
Daha əvvəl 50 milliqramlıq doza ilə aparılan sınaqlar da müsbət nəticə vermişdi. Bu dəfə isə 25 milliqramlıq daha aşağı dozanın da effektiv olduğu ortaya çıxıb. Mütəxəssislər terapiya dayandırıldıqda çəkilərin geri qaytarıla biləcəyi barədə xəbərdarlıq edərək, uzunmüddətli təsirlərin hələ tam dəqiqləşmədiyini bildirirlər.
Dərmanın istehsalçısı “Novo Nordisk”, “Semaglutid” həbi üçün tənzimləyici müraciətlərə başlayıb. İcazə veriləcəyi təqdirdə, köklük müalicəsində inyeksiya əvəzinə həb variantı istifadəyə veriləcək.