vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
QİÇS müalicəsində mühüm irəliləyiş 18:12 | 5 iyun 2025 | Cümə axşamı Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QİÇS müalicəsində mühüm irəliləyiş

Ağ qan hüceyrələrindən gizlənən virusu tapmağı üsulu kəşf olundu

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

QİÇS-in qəti müalicəsinin tapılması istiqamətində mühüm addım atıldı. Avstraliyanın Melburn şəhərindəki Piter Doherti İnfeksiya və İmmunitet İnstitutunun tədqiqatçıları virusu insan hüceyrələrində gizləndiyi yerdən aşkar etmək üçün yeni üsul kəşf ediblər.

QİÇS-in müəyyən ağ qan hüceyrələrində gizlənmək və özünü immunitet sistemindən və mövcud dərmanlardan qorumaq qabiliyyəti elm adamları üçün ən böyük maneələrdən biri olub. Bu gizli rezervuarlar virusun bədəndə qalmasına və müalicəyə baxmayaraq yenidən aktivləşməsinə imkan verə bilər.

Tədqiqatçılar COVID-19 vaksinləri ilə məşhurlaşan mRNA texnologiyasından istifadə edərək HİV-i gizləndiyi yerdən çıxara bildi. “Nature Communications” elmi jurnalında dərc edilən araşdırmaya görə, mRNT xüsusi hazırlanmış kiçik yağ hissəciklərinin (lipid nanohissəcikləri - LNP) içərisinə yerləşdirilib və QİÇS -in gizləndiyi hüceyrələrə çatdırılıb. Bu mRNT hüceyrələrə virusu tapmaq təlimatı verərək işləyir.

***

QİÇS-ə yoluxmuş təxminən 40 milyon insan virusun təsirlərini boğmaq üçün ömür boyu dərman qəbul etməlidir. Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə Mübarizə Proqramının (UNAIDS) məlumatına görə, 2023-cü ildə hər dəqiqə bir nəfər QİÇS-dən ölüb.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan doktor Paula Sevaal, mRNT-nin QİÇS-in gizləndiyi ağ qan hüceyrələrinin növünə çatdırılmasının əvvəllər mümkünsüz olduğu düşünülürdü, çünki bu hüceyrələr mRNT-ni daşıyan ənənəvi yağ hissəciklərini qəbul etmirdi. Bununla belə, tədqiqat qrupu bu hüceyrələr tərəfindən qəbul edilən yeni növ LNP olan “LNP X” hazırlayıb.

Sevaal bu üsulun QİÇS müalicəsi üçün tamamilə yeni bir yol aça biləcəyini və ilk test nəticələrinin təəccüblü dərəcədə uğurlu olduğunu deyib.

“İlk nəticələri görəndə inana bilmədik, yenidən cəhd etdik və nəticələr eyni oldu. Dəfələrlə təkrarladıq. Əvvəllər heç vaxt işləməmiş bir şeyin birdən işə düşməsinə hamımız heyrətləndik.”

Bununla belə, mütəxəssislər virusun təkcə orqanizmdə aşkarlanmasının yetərli olub-olmayacağının hələlik məlum bilinmədiyini, immun sisteminin bu virusa tab gətirə bilib-bilmədiyinin və ya digər müalicələrlə dəstəyin lazım olub-olmamasının araşdırılmalı olduğunu vurğuladılar.

Bu mərhələdə tədqiqatlar laboratoriya şəraitində, QİÇS daşıyıcılarından götürülən hüceyrələr üzərində aparılır. İnsanlarda istifadə edilməzdən əvvəl əvvəlcə heyvanlar üzərində təcrübələr aparılacaq, daha sonra təhlükəsizlik və effektivlik klinik sınaqları illər çəkə bilər.

Doktor Maykl Roş bu ixtiranın təkcə QİÇS-də deyil, xərçəng kimi digər xəstəliklərdə də təsirli ola biləcəyini deyib. Frensis Krik İnstitutundan retroviroloq Conatan Stoye isə bu üsulun QİÇS-i gizləndiyi yerdən çıxarmaqda indiyə qədər inkişaf etdirilənlərdən çox daha təkmil olduğunu bildirib. Bununla belə, o əlavə edib ki, virusu tamamilə aradan qaldırmaq üçün daha çox iş lazımdır.

Bütün bu sual işarələrinə baxmayaraq, elm dünyası tədqiqatı perspektivli inkişaf kimi qiymətləndirir.