vaxtlı-vaxtında oxuyun! Cümə, 8 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
KULİNARİYA  
Ana südü dadında dondurma satışda 22:26 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 95 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ana südü dadında dondurma satışda

Kolostrum tərkibli desert ABŞ-da maraq doğurdu

SEVDA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da “ana südü” dadını xatırladan yeni dondurma satışa çıxarılıb. “Frida” adlı valideyn məhsulları şirkəti və Nyu-Yorkda yerləşən kiçik miqyaslı dondurma istehsalçısı “OddFellows” bu qeyri-adi məhsulu birlikdə bazara təqdim edib.

Dondurma birbaşa ana südündən hazırlanmasa da, onun dadını təqlid edən tərkiblə istehsal olunub. Şirkətin internet saytında məhsul belə təqdim edilir: “Yüngül şirin, bir az duzlu dondurmamız bal toxunuşları və bir çimdik kolostrum ehtiva edir”.

“Frida” məhsulla bağlı əlavə olaraq bildirir: “Əslində insan südündən istifadə olunmasa da, reseptimizin dadının gerçəyə xeyli bənzədiyini düşünürük”.

“Kolostrum – Mayo Clinic”in məlumatına görə – doğuşdan dərhal sonra ana orqanizmi tərəfindən ifraz edilən, sarımtıl rəngli, qatı və südəbənzər mayedir. “Cleveland Clinic” isə bu maddənin qida baxımından olduqca zəngin olduğunu və antikorlara və antioksidantlara yüksək dərəcədə malik olduğunu qeyd edir. Kolostrum bəzən “maye qızıl” adlandırılır və bazarda əlavə qida əlavəsi kimi də satılır.

Sarımtıl rəngə malik olan bu dondurma məhdud müddətə, yalnız onlayn satış üçün təqdim olunub. Müştərilər iki qutudan ibarət bir paket almalı və bu paket üçün 12,99 dollar ödəməlidirlər.

10 avqusta qədər qüvvədə olan bu təkliflə bağlı “Frida” alıcılara belə müraciət edib: “Əlinizi tez tutun!”

Şirkət dondurmaları gündəlik istehsal etdiyini, lakin çərşənbə axşamı günü ehtiyatların bitdiyini və maraqlananların ertəsi gün yenidən yoxlamalarını tövsiyə etdiyini bildirib.

Nyu-Yorkda yaşayanlar isə 5–10 avqust tarixlərində Bruklində keçiriləcək təqdimat mərasimində bu yeni dondurmanı pulsuz dada bilərlər.

İctimaiyyət arasında qəribə hesab edilsə də, dondurma sosial mediada maraqla qarşılanıb. “Rif Care” adlı orqanik menstrual məhsul şirkəti “İnstaqram” paylaşımında belə yazıb: “Qulaq asın: Gerçəkdən dadlıdır, dadmadan öncə tənqid etməyin!”

Bir “İnstagram” istifadəçisi zarafatla bildirib: “Hahaha, bir dəfə ailəmlə birlikdə ana südümlə “milkşeyk” düzəltmişdik. Mən bu işdə varam!”

Başqa biri isə təəccübünü gizlətməyib: “Maye qızılı dondurmayamı çevirdilər?! Yaxşı...”

Məzmun yaradıcısı və ana olan Lissette Kalveyro isə yazıb: “Dostlarım, mənə bir az göndərin!!!”