
Trampdan süni intellekt dəstəklı axtarış motoru
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
“Truth Social” plagiatlıqda ittiham olunan şirkətlə əməkdaşlıq edəcək?
“Google”dan sayt trafiki ilə bağlı açıqlama verdi
Maaşlar 100 milyon dollara çatır
“Google”un cavab mühərriki dövrü
“Google”dan internet saytlarına yeni zərbə
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI”nin sabiq mütəxəssisi: “Süni intellekt bir neçə ilə nəzarətdən çıxacaq”
Həkimlərdən xəbərdarlıq: “Süni intellekt zehni sağlamlığı poza bilər”
Partlatmaq istəyəndə həbs olundu
Nazirlik epizodik layihə yox ciddi strategiya reallaşdırmaq istəyir
Türkiyə girişi bağladı, AB nəzarət çağırışı etdi
“OpenAI” daxili casusluqdan qorunmaq üçün tədbirləri gücləndirir
... Yüksək səviyyəli şəxslərlə əlaqə saxladı, yenə “Siqnal” skandalı
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
O, həkimlərdən daha yaxşı diaqnoz qoyur
Süni intellekt modellərinə nə baş verir?
Pop ulduzu Teylor Svift, bir daha süni intellekt tərəfindən yaradılmış açıq-saçıq təsvirlərin hədəfinə çevrilib. Buna səbəb isə İlon Maskın süni intellekt şirkəti “xAI” tərəfindən hazırlanmış “Grok” adlı çat-botun Sviftin çılpaq görüntülərini yarada bilməsi ilə bağlı yayılan yeni məlumatlardır.
“Grok” çat-botu, “X” (əvvəllər “Twitter”) platforması ilə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir və yeni təqdim olunan “Grok Imagine” funksiyası istifadəçilərə mətn əsasında şəkil və video yaratmaq imkanı verir. Bu funksiya yalnız ödənişli istifadəçilər üçün əlçatandır.
“The Verge” xəbər verir ki, “Grok Imagine” istifadəçiləri mesajda çılpaqlıq ifadə etmədən belə, Teylor Sviftin deepfake çılpaq görüntülərini yarada bilirlər. Deepfake – süni intellektlə yaradılmış, real görünən, lakin saxta vizual materiallara verilən addır.
Yeni funksiya istifadəçilərə daxil etdikləri mətn əsasında əvvəlcə şəkil, sonra isə onu dörd hazır tema əsasında qısa videoya çevirmək imkanı tanıyır: “xüsusi”, “normal”, “əyləncəli” və “müstehcən”.
“The Verge” bildirir ki, “Teylor Svift kişilərlə birlikdə Koaçellanı qeyd edir” mətninə cavab olaraq sistem “müstehcən” videoya çevrilən bir vizual yaratmış və nəticədə Sviftin paltarlarını cıraraq yarıçılpaq vəziyyətdə qaldığı görüntülər formalaşdırılmışdır. Halbuki daxil edilən mesajda onun soyunması ilə bağlı heç bir tələb yer almamışdı.
“xAI” şirkətinin istifadə qaydalarında açıq şəkildə qeyd olunur ki, istifadəçilərə şəxsləri pornoqrafik formada təsvir etmək qadağandır.
Lakin “The Verge” bildirir ki, əxlaqa zidd mövzu hər zaman çılpaqlıqla nəticələnmir və açıq şəkildə çılpaqlıq tələb edən mesajlara sistem adətən boş kadrlarla cavab verir. İstifadəçinin doğum ilini yoxlamaq üçün komanda çıxsa da, bu təsdiqin real sübut tələb etmədiyi vurğulanır.
“The Independent”, məsələyə dair “xAI” və Teylor Svift tərəfinə sorğu göndərdiyini açıqlayıb.
Xəbər ötən ilin əvvəlində də gündəmi zəbt etmişdi. Həmin vaxt Teylor Sviftin süni intellektlə yaradılmış çılpaq fotoşəkilləri sosial şəbəkələri bürümüşdü. Bu paylaşımlardan bəziləri cəmi 19 saat ərzində 27 milyon baxış və 260 min bəyənmə toplamışdı.
Məşhur müğənninin sadiq pərəstişkarları bu görüntülərin silinməsi üçün #ProtectTaylorSwift (#TaylorSwiftiQoruyun) həştəqi ilə kampaniyaya başlamış, vəziyyət Ağ Evin narahatlığına səbəb olmuşdu. ABŞ Prezidenti Cozef Baydenin sözçüsü həmin vaxt görüntüləri “narahatedici axın” kimi qiymətləndirmişdi. “Columbia Missourian” qəzetinin yazdığına görə, Respublikaçı Missuri ştatının Konqres üzvü Adam Şvardon, məsələ ilə bağlı “Teylor Svift Qanunu”nu təqdim etmişdi.
Süni intellektlə yaradılan deepfake pornografiya ilə bağlı narahatlıqlar isə artmaqdadır. Hər kəs bu görüntülərin hədəfi ola bilər, lakin qadınlar daha çox təsirlənir. 2023-cü il tarixli bir araşdırmaya görə, “deepfake” pornografiyanın hədəfi olanların 99 faizi qadınlardır. Həmin araşdırmada həmçinin vurğulanır ki, “deepfake”lərin 98 faizi məhz bu kateqoriyaya aiddir.
ABŞ Konqresi bu il məsələ ilə bağlı hərəkətə keçib və “Silinmə haqqında Qanun”nu qəbul edib. Prezident Donald Tramp tərəfindən may ayında imzalanan qanun, istər real, istərsə də süni intellekt tərəfindən yaradılmış olsun, razılığa əsaslanmayan müstehcən vizualların internetdə yayılmasını qadağan edir. Qanun sosial media şirkətlərini də məsuliyyətə cəlb edir – bu görüntülər bildirildiyi andan etibarən 48 saat ərzində silinməlidir.