vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏNƏTÇİ  
“Məhəllə”mizin Elişi susdu... 18:09 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 64 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məhəllə”mizin Elişi susdu...

Gülüşün altında gizlənmiş ağrı

Nabat CƏFƏROVA

Bəzən bir insanın gedişi təkcə bir ailəni yox, xalqı da kədərləndirir. Cabir İmanovun bu dünyanı tərk etməsi də elə bu cür gedişdir – səssiz, amma ürəyə çökən, acı, şərəfli...

“Məhəllə”mizin “Eliş”i bəziləri üçün adi obraz kimi görünsə də, ekrandan evlərimizə səmimilik, zarafat, sadəlik və insanlıq gətirən bir sima idi. Onun timsalında biz təkcə aktyoru yox, həm də dostu, qonşunu, qohumu, bir yerdə böyüdüyümüz məhəllənin uşaqlarından birini sevdik. Gülüşündə o qədər həyat var idi ki, onun zarafatları ilə böyüyən nəsil, elə mən özüm də, indi susqunluğa qərq olmuşuq…

Cabir İmanov gülüşü sənətə, xidməti dövlətə, sadəliyi isə həyata qatan biri idi. Polis formasından səhnə libasına, cəbhə xəttindən kamera qarşısına qədər uzanan bir ömür yolu vardı. Həm güldürməyi bacarırdı, həm də sakitliyi ilə dinməz dərdlərə dərman olurdu.

Maraqlısı bilirsiniz nədir? Bu gün biz bir vaxtlar bizi güldürən insanın arxasınca ağlayırıq. Bu da həyatın başqa bir ironiyasıdır – gülüşün altında gizlənmiş ağrının bizə bu qədər gec görünməsi…

Bəlkə də indi hardasa o tanış məhəllə sükuta qərq olub. “Eliş”in daha səsi gəlmir... Amma inanıram ki, Cabir bu tezliklə ölməz…O, hələ uzun müddət bizim gülüşümüzdə, yaddaşımızda, ekranlarda və ürəklərdə yaşayacaq…