... 90-cı illər
Kimisi üçün günəşli idi, bəzilərinə görə şaxtalı olan ...
20:49 | 17 fevral 2026 | Çərşənbə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Kimisi üçün günəşli idi, bəzilərinə görə şaxtalı olan ...
"Antonioninin varisi" yeni filmi ilə heyran etdi
Bred Pittin ən böyük peşmanlığı üzə çıxdı
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na düşüb
“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü
95 yaşlı əfsanə yeni filminə hazırlaşır
Ailəsi barədə danışmağı sevməyən aktyorun qızı atasının soyadından imtina edib?
Səbirsizliklə gözlənilən filmlə bağlı ilk reaksiyalar gəldi
Tom Kruz: “100 yaşıma qədər dayanmayacam”
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
Miqrant problemi və müşahidə kameraları ilə tənzimlənən həyatımız
Ulduz aktrisadan həyəcanlı siqnal
Filmin dublyaj variantı faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Almaniyada göstərilib
Dövlət televiziyasında nümayiş olunan açıq-saçıq səhnələr etirazlara səbəb olub
“Warner Bros Discovery” rəqibi “Paramount Skydance”in şirkəti satın almaq üçün səhm başına 30 dollar məbləğində təqdim etdiyi yenilənmiş təklifi rədd edib. Şirkət “Paramount”a “yekun və ən yaxşı təklifini” təqdim etməsi üçün 23 fevral tarixinədək vaxt verib.
Vaxt.az-ın məlumatına görə, “Warner Bros” bu gün yaydığı açıqlamaya bildirib ki, göstərilən müddətdən sonra daha əvvəl razılaşma imzaladığı “Netflix”in “Paramount”un mümkün yeni təklifinə cavab vermək hüququ olacaq. Şirkətin idarə heyəti “Paramount”un qeyri-rəsmi danışıqlarda pay başına təklif qiymətini 31 dollara qədər artırmasından sonra toplanmaq qərarı verib.
“Paramount”un mövcud təklifi “Warner Bros”un bütövlükdə 108,4 milyard dollar dəyərində qiymətləndirilməsini nəzərdə tutur. Buna qarşılıq, “Netflix” şirkətin studiya və onlayn yayım bölmələri üçün 82,7 milyard dollar məbləğində təklif irəli sürmüşdü.
“Warner Bros” daha əvvəl “Paramount”dan daxil olan bir sıra təklifləri geri çevirmiş və “Netflix”in pay başına 27,75 dollar məbləğində təklifini 20 mart tarixində səsverməyə çıxarmaq qərarı vermişdi. Şirkət səhmlərinin “Netflix”ə satılması ilə bağlı səsvermənin CNN, TLC, “Food Network” və HGTV kimi kanalların daxil olduğu “Discovery Global” bölməsinin birjada ticarət olunan ayrıca şirkət kimi ayrılmasından sonra keçirilməsi planlaşdırılır.
“Warner Bros”un proqnozlarına görə, “Discovery Global” səhmləri birjada 1,33 dollar ilə 6,86 dollar aralığında ticarət oluna bilər.
“Paramount” ötən həftə səhm başına 30 dollar məbləğində təklif təqdim edərkən, razılaşmanın bu ilin sonunadək yekunlaşmaması halında “Warner Bros” səhmdarlarına hər rüb nağd ödəniş etməyi və “Netflix” ilə bağlanmış razılaşma üzrə 2,8 milyard dollarlıq cərimə haqqını ödəməyi öhdəsinə götürmüşdü.
Lakin “Warner Bros” rəhbərliyi bu təklifi kifayət qədər cəlbedici hesab etmədiyini açıqlayıb.