vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 4 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, NƏQLİYYAT  
Qazaxıstan sağ göstərib sol vurdu 10:07 | 4 iyun 2026 | Cümə axşamı Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qazaxıstan sağ göstərib sol vurdu

Kremlə gözlənilməz zərbə

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan və Çin Avropa ilə Asiyanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını sürətləndirmək barədə razılığa gəliblər. Söhbət yüklərin Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınmasını nəzərdə tutan dəhlizdən gedir.

VAXT.AZ xəbər verir ki, marşrut Rusiyadan keçən ənənəvi nəqliyyat yollarına alternativ hesab olunur. Ekspertlər layihəyə marağın artmasını sanksiya riskləri, təchizat zəncirlərinin şaxələndirilməsi və tranzit marşrutlarından asılılığın azaldılması ilə əlaqələndirirlər.

Məlumatlara görə, Transxəzər dəhlizinin buraxılış qabiliyyətinin 2030-cu ilədək təxminən iki dəfə artırılması planlaşdırılır. Layihə son illərdə Çinlə Avropa arasında ticarət əlaqələrinin inkişafında mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, marşrutun əhəmiyyətinin artması Rusiyanın Asiya ilə Avropa arasında əsas tranzit mərkəzi mövqeyinə təsir göstərə və ölkənin tranzit gəlirlərini azalda bilər.

Bununla yanaşı, Qazaxıstanın son illərdə iri enerji layihələrində rus podratçılarından kənar tərəfdaşlarla əməkdaşlığı genişləndirdiyi də qeyd olunur.