Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:45 | 8 iyun 2026 | Bazar ertəsi
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ Prezidenti Donald Tramp İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumlarından sonra Tehrana danışıqlar masasına qayıtmaq çağırışı edib.
VAXT.AZ “Fox News”a istinadən xəbər verir ki, Tramp İsraildə hava həyəcanı siqnallarının səsləndirilməsindən sonra bildirib ki, İranın raket zərbələri davam edən danışıqlara heç bir kömək etmir.
“İrana tövsiyəm budur: Raketlərinizi atdınız, artıq kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”.
ABŞ lideri əlavə edib ki, İranın İsrailə qarşı son hücumları diplomatik prosesə mənfi təsir göstərir.
Tramp eyni zamanda İsrailin bu gün Beyrutda həyata keçirdiyi hava zərbəsinə də münasibət bildirərkən, “Bundan məmnun deyiləm”, – deyib.
Bundan başqa, Tramp “Axios” nəşrinə açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayacağını və onu İranın raket hücumlarına cavab zərbəsi endirməməyə çağıracağını deyib.
İsrail mediasının məlumatına görə, İran Beyruta endirilən zərbələrə cavab olaraq İsrail istiqamətində təxminən 10 ballistik raket buraxıb. Raketlərin üç dalğa şəklində atılması nəticəsində İsrailin şimalındakı bir sıra şəhərlərdə hava həyəcanı siqnalları işə düşüb.
Xatırladaq ki, İsrail ordusu atəşkəs rejiminə baxmayaraq bu gün Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə hava zərbələri endirib. Bundan sonra İran rəsmiləri hücuma cavab veriləcəyini bəyan etmişdilər.