Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
12:54 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Almaniya və Fransa Avropanın ən iddialı müdafiə layihələrindən biri olan yeni nəsil döyüş təyyarəsi proqramını dayandırmaq barədə razılığa gəlib
VAXT.AZ xəbər verir ki, Alman rəsmilərin açıqlamasına görə, iki ölkə liderləri – Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron – son görüşlərində uzun müddətdir dalana dirənən layihənin davam etdirilməsinin mümkün olmadığı qənaətinə gəliblər.
Merz və Makron arasında keçirilən müzakirələr Avropa İttifaqı–Qərbi Balkanlar Zirvəsi çərçivəsində baş tutub.
Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən proqram Avropanın hərbi gücünü artırmaq məqsədi daşıyırdı. Layihə yeni nəsil qırıcı təyyarə ilə yanaşı, pilotsuz sistemlər və “combat cloud” adlı inteqrasiya olunmuş döyüş şəbəkəsini də əhatə edirdi.
Lakin tərəflər texniki xüsusiyyətlər və layihə üzərində nəzarət məsələsində razılığa gələ bilməyiblər.
Layihənin əsas sənaye tərəfdaşları olan “Airbus” və “Dassault Aviation” arasında da uzun müddətdir davam edən fikir ayrılıqları mövcud idi. Bu ziddiyyətlər proqramın irəliləməsini ciddi şəkildə ləngidib.
“Airbus” və “Dassault Aviation” layihənin əsas icraçıları kimi çıxış edirdi.
Analitiklərin fikrincə, layihənin dayandırılması Avropanın müdafiə sənayesini gücləndirmək və ABŞ-dan asılılığı azaltmaq planlarına ciddi zərbə kimi qiymətləndirilir.
Tərəflər arasında fikir ayrılıqları təkcə texniki məsələlərlə deyil, həm də gələcək qırıcı təyyarənin funksiyaları və istifadə strategiyası ilə bağlı olub.