Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
18:18 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 413 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Avropanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınan Almaniyada hökumət 35 ildən sonra ilk dəfə müharibə ehtimalına qarşı xəbərdarlıq yayıb. Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsi (BBK) vətəndaşlara üçdən on günə qədər ərzaq ehtiyatı saxlamağı tövsiyə edib.
Vaxt.AZ xəbər verir ki, BBK-nın yeni hesabatında Almaniyanın hələ də təhlükəsiz ölkələr sırasında olduğu vurğulansa da, mümkün böhran vəziyyətlərində görülməli tədbirlər barədə təlimat kitabçası hazırlanıb. İdarənin rəhbəri Ralf Tisler (Ralph Tiesler) açıqlamasında, “Öncədən yaxşı hazırlaşmaq hər zaman faydalıdır.”
“Euronews”in xəbərinə görə, “Krizlərə və Fəlakətlərə Hazırlıq” adlı yeni bələdçi-broşür, dezinformasiya ilə bağlı məlumatları, partlayışlar və ya şəhər ərazilərinə yönəlmiş digər hücumlar zamanı sığınacaq yerlərini əhatə edir. Kitabçada, fövqəladə vəziyyətlərdə qorxu və təşvişlə necə mübarizə aparmaq lazım olduğuna dair psixoloji məsləhətlər də yer alıb.
Almaniyada bu tip broşürlər sonuncu dəfə 1990-cı ildə nəşr edilmişdi və həmin vaxtdan bəri hərbi ssenarilərdən bəhs edilməmişdi. Yeni nəşrdə isə ilk dəfə kritik infrastrukturun siber hücumlara məruz qalması, dezinformasiya kampaniyaları, sabotaj və müharibə kimi hibrid təhlükələr xüsusi bölmələrlə izah edilir.
“Dünyada bir çox insanı narahat edən qlobal vəziyyətlə üz-üzəyik. Yeni təlimatımızla narahat olan və ya məlumat axtaran vətəndaşlara dəstək və istiqamət vermək istəyirik”, – deyə BBK rəhbəri Tisler bildirib:
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri, ölkənin keçmiş Ukrayna səfiri Martin Yeger (Martin Jäger) də müharibə riskinin real olduğunu bildirib: “Biz artıq atəş xəttindəyik, heç kim özünü tam təhlükəsiz hiss etməməlidir”.
Bu xəbərdarlıq, Almaniyanın təhlükəsizlik orqanlarının son aylarda Avropada artan gərginlik, hibrid təhdidlər və enerji infrastrukturlarına yönəlmiş hücumlarla bağlı xəbərdarlıqları fonunda yayımlanıb.