vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ŞOU BİZNES  
Türkiyə film sənayesinə zərbə 09:47 | 8 iyun 2026 | Bazar ertəsi Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə film sənayesinə zərbə

Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında

CEYLİN, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə dizi və film sektorunda rəqabət qaydalarının pozulması iddiaları ilə bağlı aparılan araşdırma yeni mərhələyə keçib. Türkiyə Rekabet Kurumu bir sıra menecerlik, kast agentliyi və istehsal şirkətlərinə qarşı istintaq aparıb, bəzi şirkətlərə isə inzibati cərimələr tətbiq edi

VAXT.AZ yerli mediayaistinadən xəbər verir ki, araşdırma çərçivəsində aktyor menecerliyi ilə çəkiliş fəaliyyətlərini eyni vaxtda həyata keçirən şirkətlərin fəaliyyəti diqqət mərkəzinə düşüb. Qurum hesab edir ki, eyni şəxslərin həm aktyorları təmsil etməsi, həm də serial və filmlərdə rol bölgüsünə təsir göstərməsi rəqabət baxımından maraq toqquşması yarada bilər.

İstintaqa cəlb olunan şirkətlər arasında Türkiyənin tanınmış menecerlik və kast agentlikləri olan “ID İletişim”, “Abdullah Bulut Menajerlik”, “Icon Talent”, “Talento Menajerlik”, “Persona Sanat İletişim”, “Erberk Cast” və “Sökmen Ajans” da yer alıb.

Araşdırma yalnız menecerlik sektoru ilə məhdudlaşmayıb. Türkiyənin ən böyük serial istehsalçıları da Rəqabət Qurumu tərəfindən diqqət mərkəzinə alınıb.

Bunlardan biri Azərbaycanda da böyük izləyici auditoriyasına malik olan “Ay Yapım”dır. Şirkət “Aşk-ı Məmnu”, “Əzəl”, “Quzey Güney", “Karadayı”, “İçərdə", “Çukur”, “Yargı” və “Aile” kimi məşhur serialların istehsalçısıdır. Son illərdə isə şirkət “Qəddar” və “Leyla: Həyat... Eşq... Ədalət...” layihələri ilə ekranlarda təmsil olunub.

Araşdırmalarda adı hallanan digər böyük istehsalçı “Med Yapım”dır. Şirkət “Kadın”, “Yasaq alma”, “Adım Fərəh”, “Şahanə həyatım" və “Qızıl qönçələr” kimi populyar serialların istehsalçısı kimi tanınır.

Bir  müddət əvvəl Rəqabət Qurumu daha əvvəl “Ay Yapım” və “MedYapım”ın ortaq təsis etdiyi “MADD Entertainment” distribütor şirkəti ilə bağlı araşdırmanı da yekunlaşdırıb. Qurum iki şirkətin distribusiya fəaliyyətini birgə həyata keçirməklə bazarda rəqabəti məhdudlaşdırdığı və inhisarçılıq riskləri yaratdığı qənaətinə gəlib.

Türkiyə mediasının məlumatına görə, uzlaşma proseduru çərçivəsində “Ay Yapım” və “MedYapım”ın əməkhaqları ilə bağlı rəqabət baxımından həssas məlumatları qarşılıqlı şəkildə paylaşaraq Türkiyənin Rəqabətin Qorunması haqqında qanunvericiliyini pozduğu müəyyən edilib. Nəticədə “Ay Yapım”a 75,79 milyon, Med Yapıma isə 47,81 milyon türk lirəsi (ümumilikdə təxminən 123,57 milyon TL (təxminən 4.56 milyon manat)) məbləğində inzibati cərimə tətbiq olunmuşdu.

Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də 2025-ci ilin əvvəlində ABŞ-ın Mayami şəhərində keçirilən “Content Americas” sərgisində yaşanmış qalmaqal olub. Bildirilir ki, “Ay Yapım” və “MedYapım”ın ortaq distribütor şirkəti olan “MADD Entertainment” xarici alıcılar üçün hazırladığı təqdimatda öz istehsalı olan “Hüdudsuz sevda”, “Yabanı”, “Kirli səbəti” və “Şahanə həyatım” seriallarını ön plana çıxararkən digər türk istehsalçılarının layihələrindən də istifadə edib. Təqdimatda “Qızıl qönçələr”, “Sandıq qoxusu”, “Saxla məni”, “Safir”, “Dilək daşı” və “Bambaşqa biri” seriallarının kommersiya potensialının aşağı olduğu təsəvvürü yaradıldığı iddia olunub ki, bu da sektorda ciddi narazılığa səbəb olub.

Rəqabət Qurumu tərəfindən qəbul edilən öhdəliklərə əsasən, “Ay Yapım” və “MedYapım” ortaq sahibi olduqları “MADD Entertainment” şirkətini 18 ay ərzində ya satmalı və ya tərəflərdən biri digərinin payını almalıdır. Bundan əlavə, şirkətlər gələcəkdə hər hansı bir ortaq distribusiya fəaliyyəti həyata keçirməyəcəklərinə dair öhdəlik götürüblər.