vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ƏDƏBİYYAT  
“Depressiya – donmuş qorxudur” 11:42 | 11 aprel 2026 | Şənbə Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Depressiya – donmuş qorxudur”

Ziqmund Freydin aforizmləri

VAXT.AZ məşhur Avstriya psixoloqu, psixoanalizin banisi Ziqmund Freydin aforizmlərini təqdim edir.

“İnsan sevildiyini hiss edəndə daha inamlı və cəsarətli olur”.

***

“Bir-birimizi təsadüfən seçmirik. Biz yalnız təhtəlşüurumuzda olanlarla rastlaşırıq”.

***

“Münasibətlərin ən yaxşısı, özünə qarşı vicdanlı olmaqdır”.

***

“Niyə insan hər ay kiməsə vurulmur? Çünki ayrılıq anı gələndə ürəyinin bir hissəsindən məhrum olmaq istəmir”.

***

“Təəssüf ki, emosiyalar heç vaxt ölmür, sadəcə, susmağa məcbur olaraq içimizdə yaşamağa davam edir”.

***

“Yataqda etdiklərimiz hər şey gözəl və tamamilə yerindədir. Sadəcə bu, gərək hər ikimizə xoş gəlsin. Əgər bu harmoniya varsa, siz, yalnız siz haqlısınız, sizi ittiham edənlər isə pozğundurlar”.

***

“Hər bir insanın başqalarına, bəzən hətta özünə belə etiraf etmədiyi istəkləri olur”.

***

“Özünüzlə müqayisə edə biləcəyiniz yeganə insan sizin keçmişinizdir. Və ondan yaxşı olmağa məhkum olduğunuz yeganə insan sizin indinizdir”.

***

“Bütün həzlərə məhdudiyyət qoymaq yalnız həzzin dəyərini artırır”.

***

“Yuxularımız bizə nə qədər qeyri-adi gəldikcə, mənası da bir o qədər dərin olur”.

***

“Hər normal insan, əslində tam normal deyil”.

***

“İnsan ruhunun sirri, uşaqlığın psixi dramlarında gizlənib. Bu dramları aşkara çıxarsanız sağalacaqsınız”.

***

“Problemi etiraf etmək, onun yarıyacan həlli deməkdir”.

***

“İllüziya insanı özünə ağrının xilaskarı kimi cəzb edir və ardınca məmnunluq hissi gətirir. Amma şəkk-şübhəsiz qəbul etməliyik ki, reallığın ziddiyyətləri ilə qarşılaşdıqda illüziya çilik-çilik olur”.

***

“Heç bir bəndə sirri qorumaq iqtidarında deyil. Dodaqları sussa da, barmaqları danışacaq”.

***

“Orta əsrlərdə özümü yandırardılar, indi isə yalnız kitablarımı yandırırlar”.

***

“Sən hələ də inamı və gücü kənarda axtarırsan? Özündə axtarmalısan. Onlar həmişə yerindədir”.

***

“İnsanlar düşündüklərindən daha əxlaqlı, təsəvvür etdiklərindən daha əxlaqsızdırlar”.

***

“Məhəbbət – utanc hissini aşmağın ən etibarlı üsuludur”.

***

“İnsanın bütün fəaliyyətinin son həddi – rahatlığa qovuşmaqdır”.

***

“Tənqiddən özümü qoruya bilirəm, amma tərif qarşısında acizəm”.

***

“Yuxu reallığın, reallıq yuxunun əksidir”.

***

“Qadın kişini zəiflətməməlidir, sadəcə, yumşaltmalıdır”.

***

“İnsana yalnız uşaqlıq arzularının həyata keçməsi xoşbəxtlik gətirə bilər”.

***

“İnsan heç vaxt heç nədən imtina etmir, sadəcə bir həzzi başqası ilə əvəzləyir”.

***

“Depressiya – donmuş qorxudur”.

***

“Çoxlarını sevən qadınları, birini sevən isə məhəbbəti dərk edir”.

***

“Dünyanın yaranışının planında insanı xoşbəxt etməklə bağlı bənd olmayıb”.

***

“Paxıllıq – dağıdıcı hissdir”.

***

“Axmaqlığın ilk əlaməti – utanc hissindən tamamilə məhrum olmaqdır”.

***

“Həyatda insana ən baha başa gələn şey xəstəlik və səfehlikdir”. 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)