vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
Arıq olmamışdan qabaq ayıq olun! 13:28 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arıq olmamışdan qabaq ayıq olun!

Sağlamlıq xəstəliyi artıq bir ideologiyaya çevrilib və idarəolunmaz yerə gedir

QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər ay qabağıma arıqlamaq üçün girdiyi əməliyyatda dünyasını dəyişən adamlarla bağlı xəbərlər çıxır. Qısa yoldan varlanmaq yollarını öyrədən fərdi inkişaf kitablarına olduğu kimi, sağlamlıq adı altında bu cür tez-bazar səadət təklif edənlərə qarşı da mədəni immunitet formalaşdırmaq lazımdır.

Əzizlər əzizi Suzan Sontaq vaxtilə “Xəstəlik metafora kimi” kitabında maraqlı faktlar yazıb: məsələn, romantik ingilis şairi Bayron 1828-ci ildə vərəmli bir dostuna deyib ki, mən də vərəmdən ölmək istəyirəm, cəsədimə baxan qadınların solğun çöhrəsi mənə cazibədar gəlir. Sontaq iddia edir ki, bu cür sapqın, anormal yanaşmalar bizim əsrdə “arıq qadın” obrazının estetik meyar kimi qəbul edilməsinə də təsir edib.

Mənim çoxdan azarkeşi olduğum bir kitabı seriyası var, Türkiyədə “Yapı Kredi yayınları” bunları “XXI yüzilin kitabları” seriyası adı altında çap edir. Bu seriyada bu günün alimləri, filosofları, düşüncə adamları çağdaş dünyanın problemlərini müzakirə edirlər.  Bu seriyadan Karl Sederstrem və Andre Spayserin birgə yazdıqları “Sağlamlıq xəstəliyi: aktual bir sindrom” (orijinalı “The Wellness Syndrome) kitab çox dəyərlidir. Kitabın müəllifləri deyirlər ki, bu necə sağlamlıq və səadətdir ki, işimiz-gücümüz yediklərimizin kalorisini hesablamaq olub? Onlar təxminən deyir: biri var, el dilində desək, canının qədrini bilmək, biri də var sağlamlıq yolunda özünə zülüm eləmək – bu ikincisi bizi daha narsist insana çevirir və daim qayğılı edir, üstəlik, məhsuldarlığımızı da azaldır. Müəlliflər bu cür adamlara “sağlam həyat qurbanları” deyirlər. Belə ki, onların fikrincə, sağlamlıq xəstəliyi artıq bir ideologiyaya çevrilib və idarəolunmaz yerə gedir. Çünki get-gedə söhbət sağlam həyatdan yox, qısa yolla həlli mümkün “sağlamlıq”dan getməyə başlayıb. Bio-etika adı altında təqdim edilən dünyagörüşünün fərdi planda patologiyalar və faciələr yaradır. Ona görə də arıq olmamışdan qabaq ayıq olmaq lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)