vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
Dil davası ... 11:11 | 21 fevral 2025 | Cümə Məqaləyə 439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dil davası ...

... Yaxud kolonial iyerarxiyaların varlığı

QİSMƏT

Bu gün bizim dünyada çoxsaylı örnəkləri olan, çox əhəmiyyətli postkolonial (müstəmləkə sonrası) diskursa ehtiyacımız var. Bunu formalaşdırsaq, reperturarımıza daxil edə bilsək, elə bilirəm, müzakirələrin yeni müstəvisinə keçə biləcəyik.

Postkolonial araşdırmaların ədəbiyyat qanadından bir az məlumatım var. Məsələn, Dominikan yazıçı Cin Risin “Geniş Sarqosa dənizi” adlı romanına bu araşdırmalarda çox istinad edilir. Sözügedən romanda Cin Ris dünyaca məşhur Şarlotte Brontenin “Ceyn Eyr” əsərini postkolonial perspektivlə yenidən yazıb. Müəllif deyir ki, Brontenin romanında Ceyn Eyrin öz məqsədinə çatmasının bir səbəbi də əsərdə onun rəqibi olan karibli Berta Meysonun sıradan çıxarılmasıdır. Ris öz əsərində Ceyn Eyrdəki əhvalatları Bertanın gözündən yenidən yazır, alternativ rakursu müzakirə müstəvisinə daxil edir. İndi bu perspektivdən baxsaq, müzakirənin bir tərəfinə “rus sektorunun super savadlı, vətənpərvər uşaqları”, o biri tərəfinə “qəsəbəyə kasaba deyən korlanmış gəncləri” qoymaq tərəziyə əvvəldən barmaq eləməkdir. Ümumiyyətlə, lap əvvəldən bu tendensiya var, məsələn, KVN-şiklər 90-cı illərdəki səhnəciklərində belə zarafatlar edirlər: bir yanda rus dilini bilməyən “çuşka” kateqoriyası, o biri yanda TRT-də “kızlar əl-ələ verin” mahnısına qulaq asanlar. Həmin diskursdur, başqa formada təkrarlanır. Bu, məncə, elə postkolonial araşdırmalar pəncərəsindən araşdırılmalı məsələdir. Ədəbi mətnlərimizdə, bu tendensiyanın izlərini, yəqin, daha çox tapmaq olar.

Bu məqamda istəyirəm bir anlayışı da düşüncə və müzakirə menyumuza təklif edim, bəlkə, nə vaxtsa kiminsə ağlına batar, işinə yarayar. Siyasi mənada müstəmləkədən qurtulmağa və arınmaya de-kolonializm deyilir, ancaq ona bənzəyən, bəzən onunla qarışdırılan başqa bir anlayış da var, onu dilimizə “kolonial düşüncə” (de-coloniality) kimi çevirmək olar. “Dekolonial düşüncə” anlayışı müstəqil olduqdan sonra, düşüncə və məişət həyatında davam edən müstəmləkəçilik modellərini araşdırır və post-kolonial araşdırmaların buna diqqət etməsini irəli sürür. Xüsusilə epistemoloji müstəvidə, yəni düşüncə həyatında kolonial iyerarxiyaların varlığını qabardır. Yəni, təxminən, anti-utopik “Blade runner” filmindəki kimi soruşur: “Əminsən ki, bu xatirənin həqiqi yiyəsi sənsən?”


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)