
“Heç kim bizim imkanlara malik deyil”
Trampın təminatı Ukraynada uzlaşma prosesini sürətləndirir
Trampın təminatı Ukraynada uzlaşma prosesini sürətləndirir
Tramp Paueli yenidən tənqid etdi: “Lütfən, kimsə ona desin ki, ...”
Makron Putinin səmimiyyətinə inanmır
Tramp: “Qarşıdakı həftələrdə bunu anlayacağıq”
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzi görüntü ilə bağlı açıqlama verdi
Mikrofonu açıq qalan Tramp Putinlə bağlı danışarkən yaxasını ələ verdi
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Tramp Zelenskini hər hansı güzəştə məcbur etməyib
ABŞ prezidentinin vəzifədə olduğu müddətdə ən aşağı göstərici qeydə alınıb
Tramp: “Hər kəs Rusiya-Ukrayna sülh ehtimalından çox məmnundur”
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Bütün dünyanın səbrsizliklə gözlədiyi görüş, habelə Alyaskadakı danışıqlar sadəcə şoudur. Bu şou dünyaya belə təqdim edilir: Ukrayna Rusiya tərəfindən əzilir, işğal olunur, Rusiya çox güclüdür və Tramp Kiyevi xilas edir ki, Moskva tərəfindən tam məhv edilməsin. “Deep State”in dünən yaydığı statistik məlumata görə, son 1 il ərzində Rusiya Ukraynanın cəmi 0,96%-ni işğal edə bilib. Bu o deməkdir ki, bu gedişlə Rusiya 10 ildə Ukraynanın cəmi 10%-ni ələ keçirə bilər. Ancaq nəzərə almaq lazımdır ki, növbəti 10 il heç də belə olmayacaq, çox şey dəyişəcək, Rusiya getdikcə lap tükənəcək. Rusiyanın bu 0,96% üçün verdiyi qurbanlar yüzminlərlədir, iqtisadiyyatın itkisi milyardlarladır, bir dövlət və xalq olaraq isə reputasiyasının nə vaxt bərpa olunacağını düşünmək belə ağlasığmazdır.
Belə olan halda, Ukrayna niyə təslim olmalıdır? Donetsk vilayəti 2014-cü ildə işğal edilməyə başlanıb, 11 il keçib, amma Rusiya bu vilayəti tam ələ keçirə bilməyib. Bu gün Tramp da iki ayağını bir başmağa dirəyib ki, Donetsk vilayətini ver, sülh olsun. Niyə? Fikir verirsiniz, Avropa liderlərinə?
Birincisi, Ukraynaya yardım və dəstəyi kəsmirlər, təbii ki, öz maraqları var, ikincisi isə Trampla sanki “əşi yaşlı adamdır, şıltaqlıq edir, 2-3 il yola verək çıxıb getsin” yanaşması ilə davranırlar. Zelenskini Trampla görüşə belə britaniyalı polittexnoloqlar hazırlamışdılar: səbirli ol, əsəbiləşmə, ABŞ liderinin qulağına xoş gələn ifadələr işlət və dayanmadan təriflə.
Dünən onların Vaşinqtona toplaşması da bax bu niyyətlə idi, çünki bu gün Rusiyanın qabağından qaçmaq dünyanı idarəedilməz xaosa sürükləməkdir. Necə yəni, raketlər yaşayış evlərinə düşür, minlərlə günahsız insan qanına qəltan olur və dünya bunu edən şəxsin ayaqları altına qırmızı xalı sərib onu özündən biri hesab edir? Bu, mümkün deyil axı...
Dünənki görüşün nəticələri onu deməyə əsas verir ki, Qərb, içi ABŞ qarışıq, çünki Trampa ABŞ deyil, onun fəaliyyəti vaxtla məhdudlaşdırılmış prezidentidir, - bu reallıqla razılaşmayacaqlar. Görüşdən sonra Qərb mediasına sızan məlumatlar da bunu deyir. Məsələn, Ukrayna Rusiyadan 300 milyard dollarlıq kompensasiya istəyir, yaxud Qərb, əsasən də Avropa Ukraynaya silahlı yardımı dayandırmır, Kiyev Vaşinqtondan silah almağı davam etdirəcək və s. Putin Zelenskini indiyədək legitim saymırdı və əgər görüşə razıdırsa, bu nəyin əlamətidir?
Bu gün Rusiyada 40 milyonadək evdə adi tualet yoxdur. Təsəvvür edirsiniz? İstənilən mərkəzi şəhərdən 100 km uzaqlaşmaq yetərlidir ki, ölkənin səfalət içində olduğunu görəsən. Cəbhədə koreyalı hərbçilər döyüşür, silah İran və Koreyadan gətirilir, halbuki Rusiya ən böyük silah ixracatçılarından biridir. Belə bir vəziyyətdə Ukraynanın təslim olması nə qədər mümkün və məntiqidir? Əslində, bu, dünənki görüşdən əvvəl məlum idi, özü də çox sadə bir detalda: Zelenskinin geyimində. Tramp məlumdur ki, Ukrayna liderinin səhra komandiri qiyafəsindən çox qıcıqlanır, keçən dəfə də bunu üzünə demişdi. Dünənki görüşdən əvvəl isə Zelenskiyə sərt xəbərdarlıq edilmişdi: kostyumda və qalstukda gəl, bunu Ağ Evin etiketi və ənənələr tələb edir, bu, bizə olan hörmətin göstəricisidir. Açığı mən gözləyirdim ki, kostyumla gələcək. Ancaq Zelenskini dünənki görünüşdə görən kimi, bildim ki, danışıqlardan xüsusi nəticə hasil olmayacaq.
Ukrayna xalqı istəməsə və razılaşmasa, onu heç kim işğal edə bilməz. İşğal edib saxlaya bilməz. Biz ki bunu bilirik. Sadəcə bir az dözüb gözləmək lazımdır, dünya Trampın Nobelinə keçib...