Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:02 | 9 aprel 2026 | Cümə axşamı
Məqaləyə 202 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ Prezidenti ilə Ağ Evdə görüşən NATO Baş katibi Mark Rutte Donald Trampın alyansın bəzi üzv ölkələrindən açıq şəkildə məyus olduğunu bildirib.
VAXT.AZ xarici mediaya istinadən bildirir ki, İranla əldə olunan atəşkəsdən sonra diqqətini NATO-ya yönəldən Donald Tramp Ağ Evdə NATO rəhbəri ilə görüş keçirib. Görüşdən sonra CNN telekanalına açıqlama verən Rutte bildirib ki, tərəflər iki yaxşı dost kimi çox açıq və səmimi müzakirə aparıblar.
Rutte Trampın NATO-dan çıxmaq məsələsini gündəmə gətirib-gətirmədiyi barədə sualları cavabsız qoyub.
Donald Tramp isə görüşdən sonra “Truth Social” hesabındakı paylaşımında NATO müttəfiqlərini yenidən sərt tənqid edib.
“NATO ehtiyacımız olanda yanımızda olmadı və gələcəkdə yenidən ehtiyacımız olsa, yenə olmayacaqlar. Qrenlandiyanı – böyük və pis idarə olunan buz parçasını xatırlayın”, – deyə Tramp yazıb.
Xatırladaq ki, bu ilin əvvəlində Trampın Qrenlandiya adasını ilhaq edə biləcəyi barədə açıqlamaları Avropa Birliyi və NATO üzvü olan Danimarka ilə münasibətlərdə gərginlik yaratmışdı.
İranla müharibə fonunda Tramp Hörmüz boğazı üzərindən keçidlərin təmin edilməsi üçün Avropa ölkələrindən dəstək istəmişdi. Lakin NATO-nun bir sıra Avropa üzvləri bu münaqişədən kənarda qalıb.
Bəzi ölkələr, o cümlədən İspaniya, ABŞ hərbi təyyarələrinin öz bazalarından istifadə etməsinə məhdudiyyətlər tətbiq edib. Bu isə Trampın Avropa müttəfiqlərinə qarşı tənqidlərini daha da sərtləşdirib.
Tramp daha əvvəl “The Telegraph” qəzetinə müsahibəsində NATO-dan çıxmaq ehtimalını şərh edərkən, “Düşünürəm ki, biz artıq yenidən qiymətləndirmə mərhələsindən də irəlidəyik. NATO kağızdan pələngdir. Rusiya bunu bilir”, – demişdi.
Məlumata görə, ABŞ-ın NATO-dan çıxması üçün konqresdə üçdə iki səs çoxluğu tələb olunur. Respublikaçı siyasətçilərin bir hissəsinin də buna qarşı olduğu nəzərə alınarsa, Trampın NATO-dan tam çıxması ehtimalı hazırda aşağı qiymətləndirilir.
Bununla belə, analitiklər qeyd edir ki, buna baxmayaraq, Vaşinqton NATO çərçivəsində öz öhdəliklərini zəiflədən addımlar ata bilər ki, bu da alyansın real hərbi imkanlarına təsir göstərə bilər.