vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ƏDƏBİYYAT  
“Özünü sevən insanın rəqibi olmur” 07:07 | 31 iyul 2025 | Cümə axşamı Məqaləyə 79 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Özünü sevən insanın rəqibi olmur”

Benjamin Franklinin aforizmləri

VAXT.AZ Amerikanın görkəmli dövlət xadimi, alim, yazıçı, filosof, jurnalist, musiqiçi, ixtiraçı Benjamin Franklinin (1706–1790) aforizmlərini təqdim edir.

“Düşmənə borc versən özünə dost, dosta borc versən özünə düşmən qazanacaqsan”.

***

“Suyun qiymətini quyu quruyanda bilirik”.

***

“Təcrübə – təhsil haqqı ən yüksək olan məktəbdir”.

***

“Ac ölkələrdə qanuna hörmət olmur. Qanuna hörmət etməyən ölkələr isə həmişə acdır”.

***

“Tamahkarlıq və xoşbəxtlik heç vaxt rastlaşmadığından onların bir-birini tanımamasında qeyri-adi heç nə yoxdur”.

***

“Həyatından razı qalmaq üçün mütləq özünü səndən pis vəziyyətdə olanlarla müqayisə et”.

***

“Borc verənin yaddaşı borc alandan daha yaxşı olur”.

***

“Tez yatıb, tez durmaq sağlamlıq, zənginlik və müdriklik deməkdir”.

***

“Bir köç üç yanğına bərabərdir”.

***

“Öz ayaqları üstdə dayanan kəndli, diz üstdə dayanan mülkədardan daha hörmətlidir”.

***

“Həyatını uzatmaq istəyirsənsə, yeyib-içməyini azalt”.

***

“Təmkinini qoruya bilən insan hər işə qadirdir”.

***

“Özünü xırda xərclərdən qoru. Gözə görünməyən balaca bir deşik böyük bir gəmini batıra bilər”.

***

“Dələduzlar dürüstlüyün bütün üstünlüklərindən hali olsaydılar, öz xeyirləri naminə düzələrdilər”.

***

“Səni bezdirən qonaqdan canını qurtarmaq istəyirsənsə, ona borca pul ver”.

***

“Pivə – Tanrının bizi sevdiyinə və xoşbəxt görmək istədiyinə daha bir sübutdur”.

***

“Tənbəllik ləng hərəkət etdiyindən kasıblıq onu tez yaxalayır”.

***

“Varlı olmaq istəyirsinizsə, təkcə qazanmağı yox, həm də qənaətcilliyi bacarmalısınız”.

***

“Dincəlməyi bacaran adam şəhərlər fəth edən adamdan daha üstündür”.

***

“Aşiqlər, səyyahlar və şairlər eşidilmək üçün pullarından keçməyə də hazırdırlar”.

***

“İsrafçı adam gec-tez ən vacib olanlarını da satacaq”.

***

“Hamı ağlından yox, yaddaşından şikayətlənir”.

***

“Ardınca gələnlərin qarşısında aciz qalmamaq üçün ilk istəyi beşikdəcə boğmaq yaxşıdır”.

***

“İnsan nəfsini yarıbayarı boğa bilsəydi, dərdləri də yarıbayarı azalardı”.

***

“Özünü sevən insanın rəqibi olmur”.

***

“İnsanlar xörək bişirməyi öyrəndikləri vaxtdan orqanizmin tələb etdiyindən iki dəfə artıq yeyirlər”.

***

“Yadda saxlayın ki, pul balalamaq qabiliyyətinə malikdir”.

***

“Ən gəlirli sərmayə biliyə qoyulan sərmayədir”.

***

“Böyük imperiya böyük piroq kimidir – kənarlarını yemək daha asan olur”.

***

“Rəhbərlik qarşısında təvazökarlıq borc, özün kimilər qarşısında nəciblik, rəiyyət qarşısında isə mərhəmətlikdir”.

***

“Öz kefimiz üçün yeyir, başqalarının kefi üçün geyinirik”.

***

“Bu dünyada iki qaçılmaz şey var – ölüm və vergilər”.

***

“Rahat yatmaq istəyirsənsə, çarpayıya təmiz vicdanla uzan”.

***

“Başqalarını ləkələməkdən əvvəl öz əllərini yu”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)