“Müharibələr – anaların lənətidir”
Kvint Flakkın aforizmləri
18:45 | 24 yanvar 2026 | Şənbə
Məqaləyə 152 dəfə baxılıb
Şriftin ölçüsü
Kvint Flakkın aforizmləri
Teodor Drayzerin aforizmləri
Ziqmund Freydin aforizmləri
İsaak Babelin aforizmləri
Savaş haqqında aforizmlər
Salvador Dalinin aforizmləri
Jan-Jak Russonun aforizmləri
Pablo Pikassonun aforizmləri
Folknerin aforizmləri
Məşhurlar həyat haqqında
Ceyn Ostinin aforizmləri
Remarkın aforizmləri
Rus ədiblərindən məşhur sitatlar
Henri Millerin aforizmləri
Murakaminin aforizmləri
Viktor Hüqonun aforizmləri
VAXT.AZ məşhur ingilis yazıçısı Çarlz Dikkensin (1812–1870) aforizmlərini təqdim edir.
“Ağıl kimi, ürəyin də müdrikliyi var”.
***
“Pis adamlar olmasaydı, yaxşı vəkillər də olmazdı”.
***
“Qoy sənin heç vaxt daşa dönməyən ürəyin, korlanmayan xasiyyətin və kimisə incitməyən toxunuşun olsun”.
***
“İnsan zəifliyi içərisində ən maraqlı və bağışlanılası hiss məhəbbətdir”.
***
“Bayramın ən yaxşı hissəsi – bitəndən sonra onun haqqında danışmaqdır”.
***
“Mən bir nəfər də amerikalı centlmen tanımıram. Bu iki sözü yanaşı işlətdiyimə görə Tanrı günahımdan keçsin”.
***
“Başqalarını təkmilləşdirmədən təkmilləşə bilməzsən”.
***
“Başqasının yükünü yüngülləşdirən hər bir kəs dünyaya fayda verir”.
***
“Ağlını itirmiş diri insan ölüdən də dəhşətlidir”.
***
“Dahi insanlar nadir hallarda geyimlə bağlı vasvası olur”.
***
“Əzizlərim, iştahanızı idarə edə bilsəniz, varlığınıza hakim kəsiləcəksiniz”.
***
“Biznesin ilkin qaydası – başqasıyla onun səninlə davrandığı kimi rəftar etməkdir”.
***
“Həqiqət həmişə cəsur görünür”.
***
“Heç vaxt görüntüyə bel bağlama, yalnız faktlara söykən. Bundan yaxşı qayda yoxdur”.
***
“Dəyişikliklər dəyişikliklərə yol açır”.
***
“Zəhmət – hər işin canı və rifahın təminatçısıdır”.
***
“Açıq və ya gizli, deyilmiş və ya deyilməmiş olsa da, yalan həmişə yalandır”.
***
“Həyat bizə son ana qədər onu mərdliklə qorumaq üçün verilib”.
***
“19 funt 96 pens məxarici olan 20 funt illik gəlir xoşbəxtlik, 20 funt 6 pens məxarici olan 20 funt illik gəlir isə bədbəxtlikdir”.
***
“Əndazəni aşan yemək-içmək mədəni korladığı kimi, əndazəni aşan gözəl həyat da xasiyyəti korlayır”.
***
“Nə iş görürsən gör, amma mütləq zahiri görkəmini qoru”.
***
“Elə anlar olur ki, nanəciblik nəciblik kimi görünür”.
***
“Ən acı həqiqət ondan ibarətdir ki, hətta daxilən ən varlı insanların da daxilən çox kasıb yaxınları olur”.
***
“Dünyada özünü aldatmaqdan böyük aldanış yoxdur”.
***
“Mən yenə ağladım, amma bu dəfə ürəyimdə. Və bu, ən acı göz yaşları idi”.
***
“Uğursuz izdivaclardan olan uşaqlar evlənməyə daha çox can atırlar”.
***
“Xeyriyyəçiliklə məşğul olan insanlar iki qrupa bölünür: biri heç nə eləmədən aləmə car çəkməklə, o biri aləmə car çəkmədən iş görməklə məşğul olur”.
***
“İstənilən yol yoldaşı təklikdən daha yaxşıdır”.
***
“Uşaq üçün ən ağrılı məşğuliyyət – qəddar atanın ürəyinə olan yolu tapmaqdır”.