vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ƏDƏBİYYAT  
“İddiasız zəka, qanadsız quş kimidir” 11:39 | 27 fevral 2026 | Cümə Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İddiasız zəka, qanadsız quş kimidir”

Salvador Dalinin aforizmləri

VAXT.AZ məşhur ispan rəssamı Salvador Dalinin aforizmlərini təqdim edir.

“Dəli ilə mənim aramda bircə fərq var – dəli özünün ağıllı olduğunu düşünür, mən isə dəli olduğumu”.

***

“Narkotikdən qəti istifadə etmirəm. Narkotik mən özüməm!”

***

“Yaxşı rəssam olmaq çox asandır. Bunun iki şərti var: 1. İspan olmalısınız. 2. Adınız Salvador Dali olmalıdır”.

***

“Siqaret çəkmədiyim üçün bığ saxlamağa başlamışam. Yenə də özümlə portsiqar gəzdirirəm. İçində siqaret yerinə bir neçə bığ olur. Bunu dostlarıma göstərəndə heyrətlənirlər. Mənim üçünsə bu, bığlarımın müqəddəsliyini bir daha imtahana çəkməkdir”.

***

“Həqiqi sənətkar nələrdənsə ilham alan yox, ilham verəndir”.

***

“Tanrı insanı, insan isə metrik sistemi yaratdı”.

***

“Qəribə deyiləm, sadəcə anormalam”.

***

“Saxta xatirələrlə təbii xatirələr arasındakı fərq zinət əşyalarındakı fərq kimidir.
Saxta olanların görünüşü daha gözəldir”.

***

“Təqliddən qaçan heç nə yarada bilməz”.

***

“Hansısa bir qadının yanaqlarını almaya bənzədən ilk adam heç şübhəsiz, şair olub. Bunu təkrar edənlər isə, sadəcə, axmaqlardır”.

***

“Sürrealizm təxəyyülümüzdəki buxovları qırıb atan dağıdıcı qüvvəyə malikdir”.

***

“İnsanların mənim nə vaxt ciddi olduğumu və nə vaxt zarafat etdiyimi bilmələrinə ehtiyac yoxdur. Bunu heç özüm də bilmirəm”.

***

“6 yaşımda aşpaz, 7 yaşımda Napoleon olmaq istəyirdim. O vaxtdan iddialarım günbəgün artır”.

***

“İddiasız zəka, qanadsız quş kimidir”.

***

“Hər şey məni başqalaşdırır, amma heç nə məni dəyişdirmir”.

***

“Müasir sənət dəhşətli bir tragediyadır”.

***

“Əgər çəkmədən rəsmi görə bilmirsinizsə, çəkməsəniz də olar”.

***

“Mükəmməllikdən çəkinməyin. Çünki ona çata bilməyəcəksiniz”.

***

“Ustanın evinizdə ağzı tutulmuş kanalizasiyanı açmasından böyük xoşbəxtlik yoxdur. Heç bir yazıçının romanı sənə bu qədər ləzzət vermir”.

***

“Modern olmağa çalışmayın, amma təəssüf ki, modernlikdən xilas da mümkün deyil”.

***

“Mən təlxək deyiləm. Təlxək dəliliyini gizlətmək üçün özünü ciddi aparan və heç bir məntiqə sığmayan hiyləgərliklər edən cəmiyyətdir”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)